Xperia Z4 Yaponiyada tanıdılıb

20-04-2015 / 13:25

Sony yeni admiral gəmisi ağıllı telefonu Xperia Z4-ü vətəni Yaponiyada tanıdıb.

Xəbərlər-in xarici sayta istinadən verdiyi məlumata görə, Xperia Z4-ün 6.4 mm. qalınlığındakı metal kassası çəkidə 144 qramdır və dizaynıyla əvvəlki modellərə bənzəyir. Suya və toza qarşı dayanıqlı olan telefonda səkkiz nüvəli, 64-bit 2 GHz Qualcomm Snapdragon 810 prosessor və 3 GB RAM vardır. 5.2 düym 1080p LCD ekran, 20.7 megapiksel arxa kamera, optik görünüşü sabitləmə xüsusiyyətinə sahib ön kamera və 2930 mAh tutumlu batareya ağıllı telefonun digər əhəmiyyətli xüsusiyyətlərindən hesab olunur. Model Android 5.0 Lollipop əməliyyat sistemiylə işləyəcək.

Sony Xperia Z4 ögələn yaz Yaponiyada satışa çıxarılacaq. Xperia Z4 su yaşılı, mis, qara və ağ rəng variantlarıyla müştərilərinin qarşısına çıxacaq.

Ruhəngiz Muradova


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə