Previous Next
Bağla

Vüsal Qasımlı 8-ci Beynəlxalq Bankçılıq Forumunda çıxış edib

03-12-2024 14:27
Vüsal Qasımlı 8-ci Beynəlxalq Bankçılıq Forumunda çıxış edib

Azərbaycan Banklar Assosiasiyası, Azərbaycan Respublikasının Mərkəzi Bankı və İqtisadi İslahatların Təhlili və Kommunikasiyası Mərkəzinin dəstəyi ilə 8-ci Beynəlxalq Bankçılıq Forumu (BBF) keçirilib.

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru, iqtisad elmləri doktoru, professor Vüsal Qasımlı forumda açılış nitqi ilə çıxış edib.

Salam hörmətli xanımlar və cənablar!
İlk növbədə VIII Beynəlxalq “Etibarlı, Təhlükəsiz Və Dayanıqlı” Bankçılıq Forumunun təşkilatçılarına dərin təşəkkürümü bildirmək istəyirəm. Çünki bu beynəlxalq forum, bank-maliyyə texnologiyaları, rəqəmsallaşma, ödəniş ekosistemi və kibertəhlükəsizlik kimi strateji sahələrdə fikir və təcrübələrin mübadiləsi üçün geniş imkanlar yaradır. Həmçinin, forumun gündəliyinə nəzər yetirdikdə, panellər üzrə müzakirə olunacaq mövzular modern çağırışları dəstəkləyir. Bu baxımdan, ABA-nın təşkilatçılığı ilə keçirilən bugünkü beynəlxalq forum olduqca aktual və əhəmiyyətlidir.

Forumun adından da göründüyü kimi panel müzakirələr əsasən, bank sistemində etibarlılıq, təhlükəsizlik və dayanıqlılıq üzərində qurulacaq.

1. Etibarlılıq
Bu gün biz, ənənəvi bankçılıq xidmətlərinin artıq kifayət etmədiyi bir dövrdə yaşayırıq.

Rəqəmsallaşmanın sürətlə inkişaf etdiyi bir zamanda istehlakçıların güvənini qazanmaq üçün təkcə maliyyə sabitliyinin təmin olunması kifayət etmir. Eyni zamanda, bu proses üçün şəffaflığın, istehlakçı maraqlarının qorunması və yüksək etik standartların tətbiqi vacibdir. Bu məqsədlə, 2023-cü ilin oktyabr ayından Mərkəzi Bank tərəfindən “Bank xidmətlərindən istifadə üzrə şikayət indeksi” tətbiq edilir. İndeks, bankların müştəri xidmətləri ilə bağlı Mərkəzi Banka daxil olan şikayətlərin, göstərilən maliyyə xidmətlərinin həcmi və əhatə dairəsi nəzərə alınaraq proporsionallıq prinsipi əsasında hesablanmaqla, “yuxarı”, “orta” və “aşağı” şikayət indeksi üzrə qruplaşdırılır.

2. Təhlükəsizlik
Digər tərəfdən günümüzdə bank əməliyyatlarının kibertəhlükəsizlik standartlarına uyğunlaşdırılması və rəqəmsal ödəniş sistemlərində risklərin idarə edilməsi də vacib məsələlərdəndir. Xüsusilə, elektron bankçılığın və nağdsız ödənişlərin inkişafı məqsədilə təhlükəsizlik tədbirlərinin həyata keçirilməsi prioritet təşkil edir. Bu addım nağdsız ödənişlərin dövlət tərəfindən dəstəklənməsinin bariz nümunəsidir. Belə ki, 2023-cü ildə ölkədə elektron ticarət vasitəsilə aparılan əməliyyatların sayı 2.2 dəfə, həcmi isə 2.1 dəfə artmışdır. Həmçinin, ödəniş kartları ilə aparılan nağdsız ödənişlərin xüsusi çəkisi 12.4 faiz, İnternet bankçılıq xidmətləri vasitəsilə həyata keçirilən əməliyyatların həcmi 12%, mobil bankçılıq əməliyyatlarının həcmi isə 2 dəfə artmışdır. Təsadüfi deyil ki, Cənab Prezidentin Fərmanı ilə 2016-cı ildə “Azərbaycan Respublikasında telekommunikasiya və informasiya texnologiyalarının inkişafına dair Strateji Yol Xəritəsi”, 2018-ci ildə “2018–2020-ci illərdə Azərbaycan Respublikasında rəqəmsal ödənişlərin genişləndirilməsi üzrə Dövlət Proqramı” təsdiq edilmişdir. Bundan başqa, əlavə edim ki, Azərbaycan Respublikasında elektron bankçılıq xidmətlərinin təqdim edilməsi və istifadəsi üzrə tələblər requlator olaraq, Azərbaycan Respublikası Mərkəzi Bankının "Elektron bankçılıq xidmətlərinin təmin edilməsi və təhlükəsizliyi üzrə metodoloji rəhbərliyi" ilə tənzimlənir. Bu sənəd elektron bankçılıq xidmətlərinin növlərini, təqdim edilmə qaydalarını və təhlükəsizlik tədbirlərini müəyyən etməklə 14 tövsiyyədən ibarətdir.

3. Dayanıqlılıq
2023-cü ildə bank sektorunun maliyyə dayanıqlığı baxımından, bank sektorunun məcmu kapitalında artım və kredit aktivliyi müşahidə olunmuşdur. Bank sektorunun məcmu kapitalı 8% (417 mln. manat) artaraq 5.6 mlrd. manat təşkil etmişdir. Bankların kredit portfeli isə il ərzində 18.3% (3.6 mlrd. manat) artaraq 23.2 mlrd. manat təşkil etmişdir. Bankların istehlak portfeli 20.6%, ipoteka portfeli 21.6%, biznes portfeli 16.2% artmışdır. Bankçılıq sektoru ölkə iqtisadiyyatının əsas sütunlarından biri olduğundan, dayanıqlı bankçılıq ESİ (ekoloji, sosial və idarəetmə) baxımdan inkişafı dəstəkləyən strategiyalar hazırlamağı tələb edir. Banklar yaşıl maliyyələşdirmə və davamlı layihələrin təşviqi ilə cəmiyyətin gələcəyini qorumağa töhfə verə bilərlər. Bu yaxınlarda, Mərkəzi Bankın təsdiq etdiyi “Yaşıl Taksonomiya” sənədini də maliyyə sektorunda dayanıqlı inkişaf və yaşıl keçid üzrə strateji hədəflərin realizasiyası baxımından vaxtında atılmış addım hesab etmək olar. Bu sənəd iqtisadi sektorlar üzrə yaşıl fəaliyyət növlərinin, alt-növlərinin və onların texniki təsnifat meyarlarının müəyyən edilməsi üzrə təsnifat sistemini özündə əks etdirir. Taksonomiya 10 sektor ilə əhatə olunur.

1. Bərpaolunan enerji;
2. Enerji səmərəliliyi;
3. Su resurslarının dayanıqlı idarə edilməsi;
4. Çirklənmənin qarşısının alınması və çirklənməyə nəzarət;
5. Yaşıl nəqliyyat;
6. Dayanıqlı kənd təsərrüfatı, heyvandarlıq və akvakultura;
7. Biomüxtəlifliyin mühafizəsi;
8. Dairəvi iqtisadiyyat və tullantıların idarə olunması;
9. Yaşıl binalar və dayanıqlı tikinti;
10. Yaşıl xidmətlər.

Beynəlxalq səviyyədə yaşıl taksonomiyalar, maliyyə sistemini daha yaşıl etmək və maliyyə vəsaitlərini dayanıqlı iqtisadi fəaliyyətlərə yönləndirmək üçün vacib bir vasitə sayılır. Bu baxımdan, bu sənəd, dayanıqlı maliyyəyə ardıcıl yanaşmanın təşviq edilməsi, habelə ekoloji və dayanıqlılıq məqsədlərinə müsbət töhfə verən investisiyaların təşviqi üçün xüsusi əhəmiyyətə malikdir.

Nəzərə almalıyıq ki, ölkəmiz də ətraf mühitin mühafizəsinə və iqlim dəyişmələrinin fəsadlarının aradan qaldırılması məsələlərinə xüsusi önəm verir və bu istiqamətdə mühüm işlər görür. “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər” sənədində “Təmiz ətraf mühit və yaşıl artım ölkəsi” beş milli prioritetdən biri olması, Cənab Prezidentin sərəncamına əsasən, Azərbaycan Respublikasının 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan etməsi, həmçinin, yaxın günlərdə dünyada ən irimiqyaslı və mötəbər tədbirlərdən biri hesab edilən COP29 ölkəmizdə yüksək səviyyədə təşkil olunması qlobal səviyyədə iqlim dəyişikliklərinin yaratdığı zərərlərə qarşı mübarizəyə hədəflənmişdir. Dövlətin ətraf mühitin mühafizəsinə və iqlim dəyişmələrinin fəsadlarının aradan qaldırılmasına xüsusi önəm verməsnin, bariz nümunəsi Cənab Prezidentin COP29 tədbirinin açılış mərasimində söylədiyi “biz yaşıl keçidin güclü carçısı olacağıq və bunu edirik” mesajıdır.

Ümumilikdə, bu platformada aparılan müzakirələrdən əldə olunan nəticələrin maliyyə sisteminin inkişafına əlavə dəyər qatacağına əminəm.

Bir daha təşəkkür edirəm. Çox sağ olun!

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Taleh Kazımov: "Ölkədaxili nağdsız əməliyyatların həcmi 20 milyard manata çatıb"

24-11-2022

İnternet bankçılıq xidmətilə aparılan müştəri köçürmələrinin həcmi artıb

12-03-2026

Mobil bankçılıq xidməti vasitəsilə müştəri köçürmələrinin həcmi artıb

10-03-2025

Palatada elektron bankçılıq xidmətləri sahəsində tədbir keçirilib

30-04-2019

Taleh Kazımov: Bu il 9 ay ərzində mobil bankçılıqda əməliyyatların həcmi 2.4 dəfə artaraq 18.5 milyard manat olub

26-10-2023

Vüsal Qasımlı: "Bank sektoru rəqəmsallaşma ilə təhlükəsizliyin kəsişdiyi dövrdən keçir"

19-11-2025

IV Beynəlxalq Bankçılıq Forumu keçirilib

06-11-2019

Qasımlı “FINTEX SAMMIT 2025” tədbirində çıxış edib

24-06-2025

Bakıda III Beynəlxalq Bankçılıq Forumu keçirilib

16-11-2018

9-cu Beynəlxalq Bankçılıq Forumu keçirilir

19-11-2025

2026-cı ilədək Azərbaycanda rəqəmsal ödənişlərin həcmi 25 faiz artacaq

13-06-2023

Azərbaycanda maliyyə bazarları üzrə kibertəhlükəsizlik strategiyası hazırlanır

24-11-2022

Bakıda maliyyə və texnologiyalar sərgisi keçiriləcək

21-02-2020

Maliyyə və rəqəmsal texnologiyalar həftəsi keçiriləcək

10-05-2019

Azərbaycanda 2024-cü il “Yaşıl dünya naminə həmrəylik ili” elan edilib

25-12-2023

“Fintex sammit 2025 - Maliyyə Texnologiyalar Sərgisi” keçirilir

24-06-2025

COP29 ərəfəsində dayanıqlı maliyyə sahəsində bazara bir çox yeniliklər gələ bilər

31-01-2024

“Bank sektorunda blokçeyin texnologiyası araşdırılmalıdır”

23-11-2017

Sədr müavini: “Rəqəmsallaşma əməkdaşlığımızı daha da irəli aparacaq”

03-12-2024

Elektron bankçılığın üstünlükləri nələrdir?

17-04-2015

ABB COP29-un əsas bank tərəfdaşıdır!

29-10-2024

Rəqəmsal ödənişlərlə bağlı 2 illik proqram təsdiqləndi

27-09-2018

Beynəlxalq Bank elektron bankçılıq xidmətləri üzrə liderdir

01-03-2019

ABB on nominasiyanın onunda da qalib oldu!

06-03-2024





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə