Xeberler.az bildirir ki, Düyməli telefonlar üçün nəzərdə tutulan "KaiOS" əməliyyat sistemi "WhatsApp" proqramını dəstəkləməyə başlayıb.
"WhatsApp" əlavəsi bu rübdən etibarən bir sıra modellərə əvvəlcədən quraşdırılacaq, digər qurğu istifadəçiləri isə proqram təminatını sistemin əlavələr mağazasından yükləyə bilərlər. Lakin bu, yalnız yaddaş tutumu 256 meqabayt təşkil edən mobil telefonlara şamil edilir. "KaiOS" sistemi üçün "WhatsApp" digər sistemlərdə olduğu kimi, mətnli bildirişlər mübadiləsini, zəngləri, eləcə də məlumatların şifrlənməsini dəstəkləyir.
Qeyd edək ki, bir neçə il əvvəl Hindistanda bir sıra modellər üçün istifadəyə verilən "KaiOS" sistemi üçün "WhatsApp" messencerindən hazırda bütün arzu edənlər istifadə edə bilərlər. "KaiOS" düyməli mobil telefonlar üçün populyarlığına görə "Android" və "iOS" sistemlərindən sonra üçüncü əməliyyat sistemi hesab olunur.
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri