WhatsApp-a maraqlı yenilik əlavə edilir

04-04-2018 / 18:08

Virtual ünsiyyətin geniş yayıldığı bir dövrdə telefon nömrəsini dəyişmək insanların işini kifayət qədər çətinləşdirir. Çünki yeni əlaqə vastisəsini hər kəsə bildirmək olduqca yorucu və vaxt alan prosesdir.

Bunu nəzərə alan  WhatsApp yeni xidmət təqdim etməyə hazırlaşır.

Xeberler. az xarici mediaya istinadən məlumat verir ki, WhatsApp artıq nömrə dəyişikliyini seçilmiş şəxslərə avtomatik olaraq bildirəcək.

Qeyd edək ki, WhatsApp-ın sınaq versiyasında ortaya çıxan yeni xüsusiyyət istifadəçilərə nömrə dəyişikliyini asanlaşdıran bir çox seçimlər(funksiya) təqdim edib.

Belə ki, WhatsApp-ın 2.18.97 nömrəli sınaq versiyasında (beta) təqdim edilən xüsusiyyət nömrə dəyişikliyinin avtomatik olaraq istənilən şəxsə bildirilməsinə şərait yaradır.

Bu funksiya platformada  “Parametrlər”> “Hesab” > “Nömrəni dəyişdir” bölməsinin aşağı hissəsində yerləşdirilib.

Yenilik eyni telefonu istifadə etdiyinizdə bütün hesab məlumatlarını, parametrlər, qruplar və hətta yeni nömrənizin köçürülməsini təmin edir.

Onu da bildirək ki, bu məlumatı yalnız WhatsApp vasitəsilə danışdıqlarınıza, ya da xüsusi olaraq seçdiyiniz şəxslərə bildirə bilirsiniz.

Yeniliyin yaxın müddətdə bütün istifadəçilərə təqdim ediləcəyi gözlənilir.

Hazırda Android istifadəçiləri bu xidməti APK Mirror-dan yükləyə bilərlər.

Günel İlqar 


ŞƏRHLƏR






sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.