Bir neçə gündür ki, Azərbaycanda “whatsapp” istifadəçilərinin hesablarının oğurlanması ilə bağlı məlumatlar yayılmaqdadır.
Artıq Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidməti (ETX) bununla bağlı vətəndaşlara müraciət edib.
Bəs oğurluq halları nədən qaynaqlanır, bu cür problemlə üzləşənlər nə etməlidir?
"Azərbaycan İnformasiya və Kommunikasiya Texnologiyaları Sənayesi Assosiasiyası" İctimai Birliyinin İdarə Heyətinin sədri Elvin Abbasovun sözlərinə görə, problem beynəlxalq GSM operatorlarından birindəki boşluqdan qaynaqlanır:
“Bir neçə həftədir ki, Azərbaycanda “whatsapp” profillərinin oğurlanması ilə bağlı ETX araşdırmalar aparır və onun nəticəsi göstərir ki, problem qlobal səviyyədədir. Belə ki, fırıldaqçılar beynəlxalq GSM operatorlarının sisteminə sızaraq “whatsapp” hesabının bir cihazdan başqasına köçürülməsi zamanı tələb edilən 6 rəqəmli OTP kodu ələ keçirə bilirlər. Çox güman ki, hansısa operatorda boşluq tapılıb, nəticədə Azərbaycandakı istifadəçilərə zərər vurulub. Yəni SMS kod gəlib Azərbaycanın mobil operatorunun istifadəçisinə çatmamış yolda oğurlanır. Deməli, bu problem sadəcə Azərbaycandadır demək doğru deyil. Demək olar ki, Azərbaycanla əlaqəsi yoxdur. Amma, təəssüf ki, “whatsapp” profillərinin kütləvi şəkildə oğurlanması Azərbaycanda da baş verir”.
Onun sözlərinə görə, indiyə qədər dünyada bu kimi kiberhücumların qarşısını almaq mümkün olmayıb: “Bu məsələ beynəlxalq miqyasda həll olunmalıdır və həlli istiqamətində işlər görülür. Bir daha qeyd edirəm ki, indiki halda ikili təsdiq kodunun aktivləşdirilməsi mütləqdir və bu, bizim təhlükəsizliyimiz üçün yeganə üsuldur. Nəzərinizə çatdırım ki, bu hallar əvvəlki illərdə baş verib və qısa bir müddətdə qarşısı alınıb. Amma bu dəfəki situasiya bir qədər fərqlidir və qlobal şəkildə həll edilməlidir. Hakerlər “whatsapp” hesablarının digər cihaza köçürülməsi üçün telefonlara random şəkildə sorğular göndərir və tələyə düşən istifadəçilərin hesabları oğurlanır. Yəni oğurlanan “whatsapp” profilləri xüsusi seçilmir, proses təsadüfi seçim əsasında baş verir. Oğurlana profillərin geri qaytarılması üçün yeganə yol “whatsapp”ın özünün dəstək mərkəzinə yazmaqdır ki, belə müraciətlər də adətən 1 həftə ərzində cavablandırılır”. (Report)
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri