Previous Next
Bağla

Whatsapp istifadəçilərinə xəbərdarlıq

26-08-2015 14:08
Whatsapp istifadəçilərinə xəbərdarlıq

Son günlərdə Azərbaycanın Whatsapp istifadəçilərinə xarici ölkələrə məxsus saxta Whatsapp hesablarından fırıldaqçı mesajlar gəlməyə başlayıb. 

Xeberler.az bildirir ki, bu barədə Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi yanında Elektron Təhlükəsizlik Mərkəzi məlumat  yayıb.

Qeyd edilib ki, göndərilən mesajlarda “Whatsapp Ekran görüntüləri və Smayllar Yeniləməsi sizin telefon nömrəniz +994XXXXXXXXX üçün mövcuddur. İndi yeniləyin!” tipli cümlələr və “Bu mətnə klikləyin” tipli məzmunlar öz əksini tapır:

Qeyd edək ki, istifadəçilərin göndərilən mesaja diqqətini cəlb etmək və etibarını qazanmaq üçün fırıldaqçı tərəf əvvəlcə WhatsApp adlı qrup yaradır, qurban istifadəçinin nömrəsini həmin qrupa əlavə edir, daha sonra ardıcıllıqla mesaj, şəkil və “contact” göndərir. Xüsusilə diqqətinizə çatdıraq ki, “Bu mətnin üzərinə klikləyin adlı” məzmuna kliklədikdə istifadəçi veb brauzerdə ardıcıl olaraq bir neçə veb sayta yönləndirilir, daha sonra nömrəsini daxil etməli olduğu veb səhifə açılır.

Bu veb səhifələr müxtəlif görünüşdə qarşınıza çıxa bilər. Onlardan ikisini diqqətinizə çatdırmaq istəyirik:

İstifadəçi öz nömrəsini veb brauzerdə açılan səhifədə qeyd etdikdə o xidmətə qoşulmuş olur və onun nömrə hesabından həm qoşulma üçün, həm də gündəlik olaraq müəyyən miqdarda balans çıxılır. Nəticədə istifadəçilər fırıldaqçılıqla məşğul olan bədniyyətlinin qurbanı olur və xidmət dayandırılanadək gündəlik olaraq müəyyən miqdarda maliyyə itkisi ilə qarşılaşır.

Qeyd: Şəkillərdən göründüyü kimi xidmətlə bağlı ödəniş haqqında xəbərdarlıq hər bir səhifənin sonunda qeyd olunub.

Qeyd edək ki, bəzi hallarda istifadəçi veb səhifədə görünən "Davam etmək", "Yükləyin", "Yükləmək", "Download" məzmunlu düymələrə kliklədikdə telefonun SMS pəncərəsi açılır və göndərmək düyməsinə kliklədikdə istifadəçinin nömrəsindən qısa mesaj göndərilir və istifadəçi xidmətə qoşulmuş olur.

Elektron Təhlükəsizlik Mərkəzi bütün istifadəçilərə tövsiyə edir ki, bu cür hallarla qarşılaşdıqda ehtiyatlı olsunlar, tanımadıqları və barəsində məlumatlı olmadıqları veb səhifələrdə özlərinə məxsus heç bir fərdi məlumatı daxil etməsinlər. Bura həm mobil nömrə, həm bank kartı məlumatları, həm də digər əhəmiyyətli məlumatlar daxildir. Razılaşmada qeyd olunduğu kimi xidmətə qoşulmuş istifadəçilər "STOP DL" yazıb 6555-ə göndərməklə xidməti dayandıra bilər.

Məltəm Talıbzadə

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR
NRYTN: “WhatsApp” istifadəçilərinə qarşı “fişinq” hücumlar həyata keçirilir

NRYTN: “WhatsApp” istifadəçilərinə qarşı “fişinq” hücumlar həyata keçirilir

16-11-2020
Nazirlik: “WhatsApp” üzərindən “fişinq” kampaniyaları həyata keçirilir

Nazirlik: “WhatsApp” üzərindən “fişinq” kampaniyaları həyata keçirilir

27-10-2020
.“Bravo” Marketlər şəbəkəsi adından saxta mesajlar göndərilir

.“Bravo” Marketlər şəbəkəsi adından saxta mesajlar göndərilir

22-04-2022
 “ASAN ödəniş” sistemi adından saxta veb-səhifə yaradılıb - Xəbərdarlıq

“ASAN ödəniş” sistemi adından saxta veb-səhifə yaradılıb - Xəbərdarlıq

10-06-2023
Elektron Təhlükəsizlik Xidməti “fişinq” kampaniyalarının artması ilə bağlı xəbərdar edib

Elektron Təhlükəsizlik Xidməti “fişinq” kampaniyalarının artması ilə bağlı xəbərdar edib

27-12-2021
  Elektron Təhlükəsizlik Mərkəzi  xəbərdarlıq edib

Elektron Təhlükəsizlik Mərkəzi xəbərdarlıq edib

11-04-2016
“WhatsApp” qeydiyyatsız çatları test etməyə başlayıb

“WhatsApp” qeydiyyatsız çatları test etməyə başlayıb

18-03-2026
Elektron Təhlükəsizlik Xidməti vətəndaşlara xəbərdarlıq edib

Elektron Təhlükəsizlik Xidməti vətəndaşlara xəbərdarlıq edib

22-06-2023
“WhatsApp”da silinmiş mesajları göndərmək mümkün olacaq

“WhatsApp”da silinmiş mesajları göndərmək mümkün olacaq

03-11-2020
ETX: "WhatsApp" hesablarına icazəsiz giriş cəhdləri artıb

ETX: "WhatsApp" hesablarına icazəsiz giriş cəhdləri artıb

29-10-2025
Şirkətlər müştəriləri ilə WhatsApp üzərindən necə əlaqə yaradacaq?

Şirkətlər müştəriləri ilə WhatsApp üzərindən necə əlaqə yaradacaq?

02-05-2016
WhatsApp yeni funksiya təqdim edib

WhatsApp yeni funksiya təqdim edib

07-08-2025
Azərbaycanda internet istifadəçiləri üçün təhlükə var

Azərbaycanda internet istifadəçiləri üçün təhlükə var

22-10-2015
Kiberdələduzlar “Azərpoçt” MMC-nin rəsmi saytına oxşar  saxta saytlar yaradır

Kiberdələduzlar “Azərpoçt” MMC-nin rəsmi saytına oxşar saxta saytlar yaradır

19-01-2021
“WhatsApp” istifadəçilərinə xəbərdarlıq edilib

“WhatsApp” istifadəçilərinə xəbərdarlıq edilib

01-10-2020
“WhatsApp” üzərindən müəllim və tələbələrə “fişinq” hücumlar edilir

“WhatsApp” üzərindən müəllim və tələbələrə “fişinq” hücumlar edilir

16-11-2020
WhatsApp-a yeni funksiya əlavə ediləcək

WhatsApp-a yeni funksiya əlavə ediləcək

13-12-2022
Elektron Təhlükəsizlik Mərkəzi internet istifadəçilərinə müraciət etdi

Elektron Təhlükəsizlik Mərkəzi internet istifadəçilərinə müraciət etdi

07-04-2015
WhatsApp-dan daha bir yenilik

WhatsApp-dan daha bir yenilik

29-06-2018
BakuBus-un yeni veb-saytı təqdim edilib

BakuBus-un yeni veb-saytı təqdim edilib

29-12-2015
ETX kiberdələduzluq halları ilə bağlı əhaliyə xəbərdarlıq edir

ETX kiberdələduzluq halları ilə bağlı əhaliyə xəbərdarlıq edir

04-11-2025
WhatsApp-ın veb-versiyası hazırlandı

WhatsApp-ın veb-versiyası hazırlandı

22-01-2015
Elektron Təhlükəsizlik Xidməti: ABB adından “fişinq” hücumlar edilir

Elektron Təhlükəsizlik Xidməti: ABB adından “fişinq” hücumlar edilir

14-03-2022
Elektron Təhlükəsizlik Mərkəzi “Whatsapp” la bağlı xəbərdarlıq edir

Elektron Təhlükəsizlik Mərkəzi “Whatsapp” la bağlı xəbərdarlıq edir

23-08-2023





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə