WhatsApp-ın zəng funksiyası qismən bərpa olunub

17-11-2015 / 11:05

Azərbaycanda da kifayət qədər populyar olan WhatsApp tətbqinin zəng funksiyasına qoyulan qeyri-rəsmi qadağa qismən aradan qaldırlıb.

Xeberler.az bu funksiyanı sınaqdan keçirib.

Hazırda mobil internet vasitəsilə bu funksiya ilə zənglər mümkün olmasa da, Wi-Fi texnologiya ilə WhatsApp –dan zənglər etmək mümkündür.

Sınaqdan keçirdiyimiz provayederlərlə, Alfanet, Azeronline, Bakinternet, Citynet, Ultel-də bu funksiya ilə zəng etmək artıq mümkündür.

Qeyd edək ki, bir neçə gün əvvələ qədər WhatsApp-ın bu xidmətdindən ölkəmizdə heç bir halda istifadə mümkün deyildi.

Bir neçə gün əvvəl Xeberler.az tərəfindən bu problemlə bağlı araşdırma aparıldı. Məlum oldu ki, bu problem ilk öncə mobil operatorlar, həmçinin də əsas internet trafikini ölkəmizə gətirən bakbone şirkət olan Delta Telecom və ikinci səviyyəli provayderlərlə bağlı ola bilər.

Eyni zamanda bu WhatsApp tətbiqinin proqram təminatı ilə də bağlı ola bilərdi. Lakin bu istiqamətdəki aradşırmamız göstərdi ki, problemin adını sadalağımız qurumlarla heç bir ilə əlaqəsi yoxdur.

Çünki şirkətlər rəsmi açıqlamalarında problemin onlarla bağlı olmadığını dəfələrlə bəyat etdilər. Həmçinin WhatsApp problemlə rəsmi olaraq bildirib ki, bu məsələ ilə bağlı tətbiqdə hər hansı texniki problem yoxdur. Bu aradşırmamız ictimaiyyətdə geniş müzakirələrə səbəb oldu ki, əgər bu qurumlar WhatsApp-ın zəng funksiyasına qadağa tətbiq etməyiblərsə, o zaman buna səbəb nədir?

Xeberler.az bunları nəzərə alaraq bu faktlardan irəli gələrək növbəti dəfə məsələni araşdırdı. Məlum oldu ki, bu funksiyasının məhdudlaşdırılması elə birbaşa MTN-lə əlaqəli ola bilər. Ekspertlər hesab edir ki, bu problem Telekommunikasiya haqqında Qanunun 39-cu maddəsinə uyğun olaraq məhz MTN tərəfindən qurulan dinləmə və izləmə şəbəkəsi ilə bağlıdır.

Bildiyiniz kimi, biz artıq dəfələrlə demişik ki, ölkədə qanunvericilikdə nəzərdə tutulduğu qaydada, əməliyyat-axtarış tədbirlərinin gerçəkləşdirilməsi məqsədilə telekommunikasiya operatorlarının ümumi şəbəkəsinə, belə demək mümkünsə, paralel olaraq belə bir telekommunikasiya şəbəkəsi və informasiya sistemi qurulub. Bu qurulan telekommunikasiya infrastrukturunun, informasiya sisteminin bütün şərtləri və istismarı qısa müddət öncəyədək yalnız MTN-də olub. Ölkənin bütöv informasiya trafiki, o cümlədən də WhatsApp-la bağlı trafik əvvəlcə bu şəbəkədən keçir, sonra Delta Telecom-a daxil olur. Artıq bildiyimiz kimi MTN-in bu şəbəkədən qeyri-qanuni istifadəsi ilə bağlı şübhələr, faktlar, həbslər var və istintaq araşdırmaları aparılır.

Deməli güman etmək olar ki, WhatsApp -dan gələn zənglərə qarşı məhz burada blok tətbiq edilib. Texniki olaraq bunu etmək elə də çətin bir iş deyil. Əgər belədirsə, o zaman Delta Telecom və mobil operatorlar açıqlamalarında haqlıdırlar ki, onlar bu funksiyanı bloklamayıb.

Bir daha vurğulamaq istərdim ki, ölkədən çıxan həm mobil trafik və həm də internet trafik əvvəlcədən məhz MTN-ə məxsus həmin şəbəkədən keçdiyi üçün WhatsApp –la bağlı zəngləri, həmçinin çoxlu sayda digər internet xidmətlərini də burada bloklamaq mümkündür.

 Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz məsələni Xeberler.az-a şərh edərək bu qadağanın qanunsuz olduğunu bildirmişdi.

Artıq WhatsApp –ın zəng funksiyasının ölkəmizdə bərpa olunması bu gümanları doğru olduğunu bir daha təsdiqləyir.

Hazırda mobil operatorların interneti ilə WhatsApp –ın zəng funksiyasından istifadə mümkün deyil.

Xeberler.az olaraq problemi diqqətdə saxlayırıq.

Murad Məmmədzadə 


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə