Previous Next
Bağla

Windows sistemində yeni təhlükəsizlik açığı tapıldı

15-04-2015 11:07
Windows sistemində yeni təhlükəsizlik açığı  tapıldı

Cylance adlı təhlükəsizlik şirkəti ötən günlərdə kritik bir təhlükəsizlik açığını tapmağı bacarıb. Bütün Windows istifadəçilərinə təsiri olan bu təhlükəsizlik açığı daxili məlumatların ələ keçirilməsini mümkün edir. Üstəlik, bu təhlükəsizlik problemi hazırda Windows 10-un texniki baxış versiyasında belə mövcuddur. Şirkətin bildirdiyi məlumata görə, Windows kompüterlərində belə bir problemin olması məlumatların oğurlanmasına şərait yaratdığını ifadə etdi. Əməliyyat sistemlərinin zəif olan bu tip yerlərinə "Redirect to SMB" adı verilir.

 Redirect to SMB probleminin uzun müddət çətinlik yaradacağını nəzərdə tutan Microsoft bu mövzu ilə bağlı mətbuata açıqlama verib. Açığın yüksək səviyyədə problemlərə səbəb olmayacağını ifadə edən nümayəndə, bu tərz bir problemin ortaya çıxa bilməsi üçün çox istisna və nadir halda rast gəlinən vəziyyətlərin ortaya çıxmasının vacib olduğunu vurğulayıb. Yeni təhlükəsizlik sistemləri haqqında da əlavə məlumatlar təqdim edən Microsoft, bu an üçün bu problemi ortadan qaldıracaq bir yeniləmənin hazırlanması ilə bağlı məlumat verməyib.

 Windows istifadəçiləri ümumi mənada bir çox yeniləmə paketi ilə qarşılaşacaqlar. Bu yeniliklərin arxasında  olan ən əhəmiyyətli səbəb də yeni təhlükəsizlik açıqlarına qarşı əməliyyat sisteminin reaksiya göstərməsi və tədbir alma bacarığına sahib olması üzərində qurulub. Bu yeni təhlükəsizlik açığı ilə əlaqədar bir yeniləmənin hələ də elan olunmaması istifadəçi tərəfində  böyük bir narahatçılıq yarada bilər.

                                                                                      Ağasəf Haqverdiyev

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR
Microsoft: Bu kompüterlər zəifləyəcək

Microsoft: Bu kompüterlər zəifləyəcək

10-01-2018
Kiberhücumlara qarşı Windows 10 sistemi hazırlandı

Kiberhücumlara qarşı Windows 10 sistemi hazırlandı

24-08-2015
Windows 10 köhnə əməliyyat sistemini geridə qoydu

Windows 10 köhnə əməliyyat sistemini geridə qoydu

08-06-2015
İstifadəçilər narazılıq edir-Kompüterlər açılmır

İstifadəçilər narazılıq edir-Kompüterlər açılmır

11-01-2018
"Microsoft" "Windows 10"a dəstəyi dayandırır

"Microsoft" "Windows 10"a dəstəyi dayandırır

14-10-2025
Windows versiyaları üçün yeniləmə təqdim olunub

Windows versiyaları üçün yeniləmə təqdim olunub

22-07-2015
Windows 10 əməliyyat sistemində 20 illik boşluq tapılıb

Windows 10 əməliyyat sistemində 20 illik boşluq tapılıb

05-08-2016
"Microsoft Azerbaijan"dan "Windows 10" açıqlaması

"Microsoft Azerbaijan"dan "Windows 10" açıqlaması

02-03-2020
Windows Server 2003 sisteminin dəstəyi dayandırıldı

Windows Server 2003 sisteminin dəstəyi dayandırıldı

14-07-2015
Windows 7-ə texniki dəstəyin göstəriləcəyi son tarix açıqlanıb

Windows 7-ə texniki dəstəyin göstəriləcəyi son tarix açıqlanıb

06-01-2020
 Microsoft-un proqram təminatındakı boşluqların sayı açıqlandı

Microsoft-un proqram təminatındakı boşluqların sayı açıqlandı

20-02-2018
Windows  və Samba üçün yeni təhlükə: Badlock xətası

Windows və Samba üçün yeni təhlükə: Badlock xətası

05-04-2016
2015-də ən çox təhlükəsizlik boşluğu aşkarlanan sistemlər

2015-də ən çox təhlükəsizlik boşluğu aşkarlanan sistemlər

03-01-2016
Microsoft Windows XP-nin ömrünü uzadır

Microsoft Windows XP-nin ömrünü uzadır

06-10-2008
Microsoft yeni Windows 7 əməliyyat sisteminin ilk beta versiyasını ictimaiyyətə təqdim etdi

Microsoft yeni Windows 7 əməliyyat sisteminin ilk beta versiyasını ictimaiyyətə təqdim etdi

08-01-2009
Microsoft-un ən zəif əməliyyat sistemi hansıdır?

Microsoft-un ən zəif əməliyyat sistemi hansıdır?

09-02-2017
Windows sistemi ilə işləyən kompüterlər təhlükə altındadır

Windows sistemi ilə işləyən kompüterlər təhlükə altındadır

24-09-2018
Adobe proqramını yeniləyin-Xəbərdarlıq

Adobe proqramını yeniləyin-Xəbərdarlıq

16-03-2018
Dünyada yeni virus təhlükəsi- Xəbərdarlıq

Dünyada yeni virus təhlükəsi- Xəbərdarlıq

29-06-2017
“Windows XP” istifadəçiləri üçün qiymətlər bahalaşıb

“Windows XP” istifadəçiləri üçün qiymətlər bahalaşıb

24-02-2015
Microsoft rəsmən Windows Server 2016-nı  təqdim edib

Microsoft rəsmən Windows Server 2016-nı təqdim edib

17-10-2016
“Windows 10″ Biometrik təhlükəsizlik sistemlərindən istifadə edəcək

“Windows 10″ Biometrik təhlükəsizlik sistemlərindən istifadə edəcək

19-02-2015
“Google Chrome” brauzerində iki təhlükəsizlik boşluğu aşkar edilib

“Google Chrome” brauzerində iki təhlükəsizlik boşluğu aşkar edilib

01-10-2021
Microsoft yeni əməliyyat sistemi hazırlayır

Microsoft yeni əməliyyat sistemi hazırlayır

31-01-2017





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə