Previous Next
Bağla

X-Ray aparatlarının təsvirlərinin oxunmasına dair təlimçilərin təlimi adlı seminar keçirilir

11-03-2019 14:26
X-Ray aparatlarının təsvirlərinin oxunmasına dair təlimçilərin təlimi adlı seminar keçirilir

Martın 11-də Ümumdünya Gömrük Təşkilatının (ÜGT) Bakı şəhərindəki Potensialın Gücləndirilməsi üzrə Avropa Regional Ofisində "X-Ray aparatlarının təsvirlərinin oxunmasına dair təlimçilərin təlimi" adlı seminar başlayıb. ÜGT-nin ekspertləri tərəfindən keçirilən seminarda gömrük əməkdaşları iştirak edir.

Xeberler.az  bildirir ki, seminarın keçirilməsində əsas məqsəd X-Ray aparatlarında xidmət göstərən gömrük orqanı əməkdaşlarının peşə biliklərinin artırılması və onların təlimçi kimi yetişdirilməsidir.

Seminarın açılış mərasimində çıxış edən DGK Gömrük Nəzarətinin Təşkili və Ticarətin Asanlaşdırılması Baş İdarəsinin rəisi Səməd Qaralov "Yaşıl dəhliz" buraxılış sisteminin tətbiqi ilə bağlı ətraflı məlumat verib. Ümumdünya Gömrük Təşkilatına tədbirin keçirilməsinə görə təşəkkür edən Səməd Qaralov bildirib ki, malların gömrük sərhədindən keçirilməsi tezliyinin təmin olunması üçün risk qiymətləndirilməsi əsasında seçilmiş mallara texniki nəzarət vasitələri tətbiq edilməklə onlar üzərində gömrük nəzarətinin reallaşdırılmasında bugünki seminarın rolu böyükdür.

ÜGT-nin eksperti Vyara Filipova isə çıxışında Dövlət Gömrük Komitəsi tərəfindən icra olunan islahatları təqdirəlayiq hesab edib. Bildirilib ki, bu islahatlar ÜGT-nin prioritetləri ilə üst-üstə düşür və təlimdən əsas gözləntilər X-Ray və skayner aparatları ilə bağlı çalışmalar, ÜGT tərəfindən hazırlanan alərtlər, həmçinin cihazlar barədə mövzuları dərindən mənimsəməkdir.

Daha sonra seminarda ÜGT-nın alətləri, bacarıqların inkişafı, potensialın artırılması və tədris metodları barədə də geniş məlumat verilib.

Qeyd edək ki, seminarın növbəti günlərində "X-Ray aparatının rentgen avadanlıqlarının görünüşünün oxunuşu", "Şəkillərin düzgün interpretasiyası", "Mövcud alətlər və funksiyalar", "Gömrükdə görüntülərə baxan zaman ən adi problemlər, səhvlər hansılardır", "Şəkillərdə fərqli materiallar arasında fərq qoymaq", "Avtomatlaşdırılmış təhlükələrin tanınması sistemi" və digər mövzularda təqdimatlar keçiriləcək.

Martın 15-nə qədər davam edəcək seminarın sonunda qrup şəklində tapşırıqlar icra olunacaq və iştirakçıları maraqlandıran mövzular ətrafında fikir mübadiləsi aparılacaq.

Seminarın yekununda isə yeni avadanlıqlarla tanışlıq məqsədilə Abşeron Logistika Mərkəzinə səfər nəzərdə tutulub.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Xarici ticarət iştirakçılarına son yeniliklərlə bağlı məlumat verilib

01-03-2019

“Startap və vergi tənzimləməsi” mövzusunda 2-ci seminar keçirilib

11-04-2016

Açıq hökumət üzrə milli potensialın inkişafı müzakirə edilib

06-12-2017

Yüksək Texnologiyalar Parkının istismar proqramı - seminar

19-03-2024

Bakıda Regional Kinoloji Təlim Mərkəzi yaradıla bilər

02-05-2015

Sharp Blu-ray playerli LCD televizorlar istehsal edir

10-01-2009

Startap və vergi tənzimləməsi müzakirə edilib

29-02-2016

Bu telefonda nə varsa, hamısı gözünüzün önündə olacaq

25-10-2010

İnnovasiya ekosistemi ilə bağlı seminar davam edir

20-10-2017

İnformatika müəllimləri üçün növbəti seminar

07-12-2017

AZSTAND nümayəndələri Çində beynəlxalq seminarda iştirak ediblər

13-11-2025

Bakıda intellektual nəqliyyat sistemi müzakirə olunur

16-04-2019

Samsung şirkəti Blu-ray formatının yalnız beş il yaşayacağını güman edir

09-09-2008

“Koreyanın Elektron Hökumət üzrə İnkişaf Strategiyası’’ mövzusunda seminar təşkil olunub

10-07-2020

ETX əməkdaşı beynəlxalq seminarda iştirak edib

01-12-2025

“Bloq-dünyaya yeni pəncərə” adlı seminar keçirildi

29-03-2011

“Parlament seçkiləri onlayn mediada” mövzusunda seminar keçirilib

01-10-2010

"Bulud texnologiyaları" üzrə seminar keçiriləcək

15-06-2021

"Samsung" "Blu-ray" pleyeri üzərində işləyir

30-12-2010

Ümumdünya Gömrük Təşkilatının İnformasiya Texnologiyaları konfransı və sərgisi keçirilir

09-06-2018

Bakcell jurnalistlər üçün seminar təşkil edib

13-10-2021

Ali təhsil innovasiyada necə rol oynayır?

30-11-2017

“Dövlət satınalmaları haqqında” maarifləndirmə seminarı keçiriləcək

13-12-2024

AZSTAND Milli mətbuatının 150 illiyinə həsr edilmiş seminar keçirib

25-06-2025





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə