Xarici dil öyrənmək istəyənlərə şad xəbər

14-06-2017 / 13:58

Xarici dili öyrənmək istəyən, amma bunu bacara bilməyən insanların probleminə son qoyulacaq.

Xeberler.az xarici mediaya istinadən məlumat verir ki, avstraliyalı bir startup IBM Watson istifadə edərək tərcümə edən qulaqlıq təqdim edib.

Belə ki, Lingmo International adlı texnoloji startap Translate One2One adlı qulaqlığı ilə xarici dil bilməmə problemini ortadan qaldırmağı hədəfləyir.

Dil maneələri səbəbiylə ABŞ-dakı müəssisələrin hər il 2 milyard dollar, İngiltərədəki müəssisələrin isə 48 milyard sterlinq itirdiyini vurğulayan şirkət rəsmisi  bu məhsulla artan problemlərin qarşısının alınacağını qeyd edib.

Ötən həftə Birləşmiş Millətlər Təşkilatının (BMT) süni zəka zirvəsində tanıdılan cihaz ingilis, yapon, fransız, italyan, ispan, Braziliyanın portuqal dili, alman və çin dilləri arasında anında tərcümə edə bilir.

Məlumata görə, 179 dollar qiyməti  olan cihaz iyulda satışa çıxarılacaq. Translate One2One  Bluetooth və ya Wi-Fi bağlantısı ehtiyac duymayan ilk tərcümə qulaqlığı xüsusiyyətininə sahibdir.

Xeberler.az

 

 


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə