Google-un “Google Translate” xidmətini yeniləməsi ilə artıq istifadəçilər fotoşəkil ilə tərcümə xüsusiyyətinə malik olub. Bu yeniləmə sayəsində artıq heç bilmədiyiniz bir dildə yazılanları Translate xidmətindən istifadə edərək istədiyiniz dilə çevirə bilər və yolunuza davam edə bilərsiniz.
“Google Translate”ə yüklənən fotoşəkil ilə tərcümə xüsusiyyətinin arxasında yatan texnologiya isə Word Lens olaraq açıqlanıb. Google-un Word Lens texnologiyası hələlik yalnız ingilis, alman, fransız, italyan, rus və portuqal dilləri üçün olsa da, gələcəkdə bu yenilənmə ilə sistemə yeni dillərin əlavə olunacağı və xidmətin istifadəsinin artacağı düşünülür.
Google Translate-in yeni versiyası bir neçə günə Android və IOS platformalarında yerini alacaq, ancaq verilən məlumata görə, IOS istifadəçiləri bu xüsusiyyətə Android istifadəçilərindən daha tez sahib olacaqlar.
Sevil Rəsulzadə
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri