Azərbaycan Texniki Universitetinin İnkubasiya Mərkəzi tərəfindən təşkil olunan “Startap Günləri” müsabiqəsinin qalib və növbəti mərhələyə keçmiş komandaları ilə görüş keçirilib.
Sessiya həm məlumatlandırıcı, həm də təlim formatında təşkil olunaraq startap komandalarının praktiki inkişafına yönəlib. Görüş zamanı komandaların layihələrinin hazırkı vəziyyəti və inkişaf mərhələsi qiymətləndirilib, layihələrin təkmilləşdirilməsi üçün konkret və tətbiq oluna bilən tövsiyələr təqdim olunub. Eyni zamanda startapların inkişaf mərhələləri və düzgün yol xəritəsi praktiki nümunələr əsasında izah edilib, komandalar üçün faydalı inkişaf alətləri və mexanizmləri təqdim olunub.Görüş nəticəsində komandalar öz layihələrinin növbəti mərhələyə keçidi üçün atmalı olduqları addımları daha aydın şəkildə müəyyənləşdiriblər və layihələrinin inkişafı üçün mühüm tövsiyələr əldə ediblər.
AzTU İnkubasiya Mərkəzinin əsas məqsədi startap komandalarını yalnız müsabiqə mərhələsində deyil, sonrakı inkişaf prosesində də sistemli şəkildə dəstəkləmək, onların potensialını maksimum səviyyəyə çatdırmaq və innovativ ideyaların real bazara çıxışına şərait yaratmaqdır.
Bu görüş startap komandalarının inkişaf yolunda atılan mühüm və strateji addımlardan biri kimi qiymətləndirilir.