Previous Next
Bağla

XRİTDX-də Ümummilli Liderə həsr edilən silsilə tədbirlər təşkil edilib

10-05-2026 14:37
XRİTDX-də Ümummilli Liderə həsr edilən silsilə tədbirlər təşkil edilib

Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü münasibətilə Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti (XRİTDX) tərəfindən bir sıra tədbirlər təşkil olunub.

Xeberler.az məlumat verir ki, XRİTDX-nin rəisi general-leytenant İlqar Musayev və Xidmətin şəxsi heyəti Fəxri xiyabanı ziyarət edib, xalqımızın Ümummilli Lideri, müasir müstəqil Azərbaycanın memarı və qurucusu, dünyaşöhrətli siyasi xadim Heydər Əliyevin xatirəsini ehtiramla yad ediblər. Ulu Öndərin məzarı önünə əklil və gül dəstələri qoyulub.

Eyni zamanda, görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın da xatirəsi anılmış, məzarı üzərinə gül dəstələri düzülüb.

Tədbirlər çərçivəsində XRİTDX-nin şəxsi heyəti Heydər Əliyev Mərkəzini ziyarət edib. Ziyarət zamanı Ulu Öndərin həyat və fəaliyyətinin müxtəlif dövrlərini əks etdirən sənədlər, fotoşəkillər və eksponatlarla tanış olunmuş, həmçinin “Azərbaycan inciləri: tarixin axarında” sərgisinə baxış keçirilib.

Bununla yanaşı, şəxsi heyətin Ümummilli Lider Heydər Əliyevin həyat yolu, siyasi fəaliyyəti və dövlətçilik irsi barədə daha ətraflı məlumatlandırılması məqsədilə AEMA-nın Tarix və Etnologiya İnstitutunun şöbə müdiri tarix üzrə fəlsəfə doktoru Cəbi Bəhramov ilə görüş keçirilib.

Görüş zamanı Cəbi Bəhramov Heydər Əliyevin Azərbaycan dövlətçiliyinin möhkəmləndirilməsi, milli maraqların qorunması və ölkənin inkişafı istiqamətində həyata keçirdiyi uzaqgörən siyasət barədə danışıb, həmçinin Ulu Öndərin həyat və fəaliyyətinə dair ətraflı məlumat verib.

Xidmətin inzibati binasında Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunmuş tədbir keçirilib. Tədbirdə XRİTDX-nin rəis müavini general-mayor Allahverən İsmayılov Ulu Öndərin müasir Azərbaycanın inkişafı və dövlətçiliyimizin möhkəmləndirilməsi istiqamətində həyata keçirdiyi misilsiz xidmətlərdən, milli təhlükəsizlik və dövlət idarəçiliyi sahəsində müəyyənləşdirdiyi strateji kursdan bəhs edib.

Digər çıxışçılar da Heydər Əliyevin Azərbaycan xalqı qarşısındakı tarixi xidmətlərindən danışaraq, onun siyasi irsinin bu gün də ölkəmizin inkişafında mühüm rol oynadığını vurğulayıblar.

Sonda Ümummilli Lider Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs edən sənədli film nümayiş olunub.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

XRİTDX-də Ümummilli Liderin anım günü ilə bağlı silsilə tədbirlər keçirilib

10-05-2025

Ümummilli lider Heydər Əliyevin vəfatının 12-ci ildönümüdür

12-12-2015

Nazirliyin kollektivi Ulu Öndərin məzarını ziyarət edib

12-12-2025

XRİTDX Ulu Öndərin xatirəsini yad edib

12-12-2024

Ümummilli lider Heydər Əliyevin vəfatından 13 il ötür

12-12-2016

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin kollektivi Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət edib

10-05-2023

Dövlət Xidmətinin kollektivi Ulu Öndərin məzarını ziyarət edib

12-12-2025

Ümummilli lider Heydər Əliyevin anadan olmasından 94 il ötür

10-05-2017

Nazirliyin kollektivi Ulu Öndərin məzarını ziyarət edib

10-05-2025

Nazirliyin kollektivi Ulu Öndərin məzarını ziyarət edib

12-12-2024

Nazirliyin kollektivi Ulu Öndərin məzarını ziyarət edib

10-05-2026

Ümummilli lider Heydər Əliyevin vəfatından 14 il ötür

12-12-2017

Xüsusi Rabitə və İnformasiya Təhlükəsliyi Dövlət Xidmətində Heydər Əliyevlə bağlı tədbir keçirilib

08-05-2023

Bu gün XRİTDX-nin əməkdaşlarının peşə bayramıdır

26-09-2025

NRYTN-da Ulu Öndərin anadan olmasının 96-cı ildönümü qeyd edilib

09-05-2019

ASAN Könüllüləri Heydər Əliyevə həsr olunan tədbirləri davam etdirirlər

10-05-2019

ASAN Könüllüləri ulu öndər Heydər Əliyevin əziz xatirəsini anırlar

07-05-2019

Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin peşə bayramı qeyd edilib

24-08-2024

Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti Ümummilli Liderin məzarını ziyarət edib

12-12-2023

Dövlət Agentliyinin kollektivi Ulu Öndərin məzarını ziyarət edib

12-12-2025

RİNN əməkdaşları Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət ediblər

06-12-2021

ASAN xidmət işçilərinin peşə bayramı qeyd olunub

28-12-2018

XRİTDX-də Konstitusiya Gününə həsr olunmuş tədbir keçirilib

12-11-2025

Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti əməkdaşlarının peşə bayramıdır

26-09-2024





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə