Previous Next
Bağla

“Tor” üzərindən kibercinayət xidmətləri reklam edilir

07-05-2026 18:49
 “Tor” üzərindən kibercinayət xidmətləri reklam edilir

“Darkhub” adlı yeni “hacking-for-hire” platformasının Tor şəbəkəsində fəaliyyət göstərdiyi və müxtəlif qanunsuz kibercinayət xidmətlərini açıq şəkildə reklam etdiyi müəyyən edilib.

Xeberler.az bildirir ki, bu barədə Kompüter İnsidentlərinə Qarşı Mübarizə Mərkəzi məlumat verib.

Araşdırmalara əsasən, platforma sosial media hesablarına icazəsiz giriş, şəxsi mesajların ələ keçirilməsi, elektron poçt hesablarının komprometasiyası, mobil cihazların izlənilməsi və real vaxt rejimində geolokasiya məlumatlarının müəyyənləşdirilməsi kimi qanunsuz xidmətlər təqdim edir. Bundan əlavə, platformada kriptovalyuta fırıldaqçılığı, bank hesablarına müdaxilə və kredit reytinqlərinin dəyişdirilməsi ilə bağlı xidmətlərin də təklif olunduğu bildirilir.

Bildirilib ki, “Darkhub” bu fəaliyyətləri peşəkar və kommersiya yönümlü interfeys vasitəsilə təqdim edərək qanunsuz kiberxidmətləri legitim biznes modeli kimi göstərməyə çalışır. Platformanın həm fərdi istifadəçiləri, həm də təşkilatları hədəf aldığı qeyd olunur.

Araşdırmada xüsusilə “fund recovery” və kredit reytinqinin dəyişdirilməsi xidmətləri diqqət çəkib. Bildirilir ki, bu xidmətlər “advance-fee scam” kimi tanınan fırıldaq sxemlərinin əsas əlamətlərindən hesab olunur. Belə sxemlərdə əvvəl maliyyə dələduzluğunun qurbanı olmuş şəxslərə vəsaitlərinin geri qaytarılacağı vəd edilir və bunun müqabilində əvvəlcədən ödəniş tələb olunur. Əksər hallarda isə nə vəsait geri qaytarılır, nə də vəd edilən xidmət təqdim olunur.

Araşdırma nəticəsində platformanın infrastrukturu və fəaliyyət mexanizmləri ilə bağlı bir sıra texniki detallar da üzə çıxıb. Bildirilir ki, xidmət yalnız “Tor” anonim şəbəkəsi arxasında gizlənmir, eyni zamanda onunla əlaqələndirilən açıq IP ünvanı da müəyyən edilib. Bu isə platformanın backend infrastrukturunun müəyyən hissələrinin şifrələnmiş mühitdən kənarda da əlçatan ola biləcəyini göstərir.

Bununla yanaşı, platforma ilə əlaqəli bir sıra texniki indikatorlar müəyyən olunub. Bunlara “Darkhub”un “onion” ünvanı, backend infrastrukturu ilə əlaqələndirilən IP ünvanı, hosting infrastrukturu üzrə ASN identifikatoru, həmçinin elektron poçt və Telegram əlaqə vasitələri daxildir. Qeyd olunur ki, bu göstəricilər təhlükə kəşfiyyatı və təhlükəsizlik monitorinqi proseslərində komprometasiya indikatoru (IOC) kimi istifadə oluna bilər.

Mütəxəssislər təşkilatlara və istifadəçilərə bu tip platformalarla əlaqəli infrastruktur göstəricilərinə qarşı diqqətli olmağı, şübhəli trafik və komprometasiya indikatorlarını təhlükə kəşfiyyatı sistemləri vasitəsilə davamlı monitorinq etməyi tövsiyə edirlər.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Azərbaycanın enerji sektoruna yönəlmiş kiberhücum araşdırılıb

16-05-2026

LiveChat üzərindən yeni fişinq kampaniyası aşkarlanıb

01-04-2026

ETX: "Telegram" üzərindən yeni dələduzluq halları müşahidə olunur

03-09-2025

Bank kartlarına qanunsuz müdaxilə edənlərlə bağlı tədbirlər görülür

27-01-2026

Dövlət Xidməti vətəndaşlara saxta saytlarla bağlı xəbərdarlıq edib

14-01-2026

LinkedIn istifadəçilərin brauzer əlavələrini gizli şəkildə izləyir

06-04-2026

ETX: "WhatsApp" hesablarına icazəsiz giriş cəhdləri artıb

29-10-2025

Elektron Təhlükəsizlik Xidməti növbəti dəfə “fişinq” hücumları barədə xəbərdarlıq edib

20-04-2021

Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti yeni dələduzluq üsulları aşkar edib

10-03-2023

Onlayn kazino oyunları təşkil etməkdə şübhəli bilinən 4 nəfər tutulub

16-03-2026

ETX: Kiberdələduzlar "Azərpoçt" adından saxta mesajlar göndərir

08-09-2025

ETX: Sürücülük vəsiqələrinin qanunsuz paylaşılmasının qarşısı alınıb

13-01-2026

ETX “Telegram” və “WhatsApp” ilə bağlı xəbərdarlıq edib

09-01-2026

ETX: Vətəndaşların biometrik məlumatları ələ keçirilir

25-05-2026

Elektron Təhlükəsizlik Xidməti media qurumlarını xəbərdar edir

14-03-2023

İnformasiya sistemlərinə kiberhücumlar təşkil edən şəxs saxlanılıb

23-07-2025

ETX zərərli proqram təminatının göstəricilərini müəyyən edib

21-11-2025

Dövlət qurumları adından kütləvi fişinq hücumları həyata keçirilib

09-04-2026

Fransa ictimai Wi-Fi və anonim Tor şəbəkəsini bağlamayacaq

12-12-2015

“AzInTelecom” “AzInCloud” platformasını istifadəyə verib

29-11-2024

DİN-dən çağırış: Pulunuz oğurlana bilər

28-02-2026

ETX “WhatsApp” hesablarının təhlükəsizliyini gücləndirməyi tövsiyə edir

07-09-2022

Kaspersky 2019-cu ildə onlayn fırıldaqçılıqda fəallaşma qeydə alıb

12-12-2019

Din: Kiberdələduzluq edən haker şəbəkəsi ifşa olunub

19-03-2026





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə