Previous Next
Bağla

AMEA rəqəmsallaşma və süni intellektlə bağlı yeni mərhələyə keçir

09-05-2026 16:39
AMEA rəqəmsallaşma və süni intellektlə bağlı yeni mərhələyə keçir
Azərbaycan Milli Elmlər Akademiyasında (AMEA) rəqəmsallaşma üzrə direktor müavinlərinin qiymətləndirilməsi mərhələsi keçirilib.

Xeberler.az məlumat verir ki, qiymətləndirmə prosesi AMEA Rəyasət Heyətinin 17 fevral 2026-cı il tarixli qərarı ilə yaradılmış komissiya tərəfindən təşkil olunub.

Tədbirdə giriş sözü ilə çıxış edən AMEA-nın prezidenti İsa Həbibbəyli bildirib ki, Akademiyada elmi fəaliyyətin yeni qiymətləndirmə modeli tətbiq olunur və rəqəmsallaşma istiqamətində mühüm addımlar atılır.

Onun sözlərinə görə, rəqəmsal cəmiyyətin sürətli inkişafı, Dördüncü Sənaye İnqilabının çağırışları, süni intellekt və yeni texnologiyalar elmi mühitdə yeni yanaşmalar tələb edir. Akademiyada aparılan struktur dəyişikliklərinin də məhz bu çağırışlardan irəli gəldiyi vurğulanıb.

Qeyd olunub ki, son illərdə AMEA-da elektron idarəetmə, rəqəmsallaşma və süni intellekt istiqamətində genişmiqyaslı islahatlar həyata keçirilir. Bu çərçivədə MDB məkanında ilk dəfə olaraq 2023-cü ilin yanvarında AMEA Rəyasət Heyəti aparatında “Elektron Akademiya” şöbəsi yaradılıb, daha sonra həmin şöbə “Rəqəmsal Akademiya, Süni intellekt və Elektron xidmətlər” şöbəsi kimi fəaliyyətini genişləndirib.

Hazırda Akademiyada elektron sənəd dövriyyəsi sistemi tətbiq olunur, elektron kitabxana və elektron arxiv quruculuğu istiqamətində layihələr həyata keçirilir. Eyni zamanda elmi müəssisə və təşkilatlarda “Elektron xidmətlər” şöbələrinin bazasında “Rəqəmsal elm sahəsi və süni intellekt” şöbələri yaradılıb.

AMEA rəhbəri bildirib ki, Prezident İlham Əliyev tərəfindən təsdiqlənmiş rəqəmsal inkişaf və süni intellekt strategiyaları, həmçinin Birinci vitse-prezident Mehriban Əliyevanın sədrliyi ilə yaradılmış Rəqəmsal İnkişaf Şurası Akademiyanın qarşısında da yeni vəzifələr müəyyənləşdirib.

Daha sonra komissiya tərəfindən elmi müəssisə və təşkilatların rəqəmsallaşma üzrə direktor müavinlərinin qiymətləndirilməsi mərhələsinə başlanılıb və namizədlərin yekun nəticələri elan olunub.

Tədbirdə çıxış edən Rasim Əliquliyev, Əli Abbasov, Şahin MustafayevFariz İmranov rəqəmsal transformasiya prosesinin elmi müəssisələrdə daha da genişləndirilməsinin vacibliyini vurğulayıblar.

Sonda çıxış edən İsa Həbibbəyli qeyd edib ki, qarşıdakı dövrdə rəqəmsallaşma, süni intellekt və kibertəhlükəsizlik istiqamətində treninqlər, maarifləndirici dərslər və ixtisasartırma proqramları təşkil olunacaq.

Tədbirin yekununda institut və təşkilatların təqdim etdiyi namizədlərin elmi işlər və rəqəmsallaşma üzrə direktor müavinləri vəzifələrinə təsdiq olunması tövsiyə edilib.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

AMEA-nın “Elektron Akademiya” şöbəsinin adı dəyişdirilib

11-09-2025

AMEA-da elektron elmin inkişaf istiqamətləri müzakirə olunub

22-07-2025

Rəqəmsal arxitektura planı və AMEA-nın fəaliyyət istiqamətləri müzakirə olunub

18-02-2026

AMEA-da “Elektron Akademiya” şöbəsi yaradıldı

19-01-2023

AMEA-nın Ümumi yığıncağında Elektron xidmətlərə dair təqdim olunacaq çıxışlar müzakirə edilib

14-02-2025

AMEA-da Elektron akademiya şöbəsinin prioritetləri təsdiqlənib

15-02-2023

AMEA-da süni intellekt və rəqəmsal inkişaf istiqamətində gedən proses sürətlə davam edir

22-07-2025

AMEA-da elektron sənəd dövriyyəsinə keçid prosesi başa çatdırılıb

27-12-2024

“Elektron Akademiya” şöbəsinin əməkdaşları ilə müşavirə keçirilib

12-02-2025

"Rəqəmsal İnkişaf Konsepsiyası” ilə bağlı AMEA-nın qarşısında duran vəzifələr müzakirə edilib

11-02-2025

İsa Həbibbəyli “İnnovasiyalar Mərkəzi”nin direktoru ilə görüşüb

26-08-2025

Elmi tədqiqat müəssisələrində elektron xidmətlər şəbəkəsi yaradıla bilər

04-04-2023

“Sosial tədqiqatlar və süni intellekt” jurnalı təsis edilib

26-05-2026

AMEA-da elektron sənəd mübadiləsi sisteminin strukturu və fəaliyyətinin təşkili ilə bağlı qərar qəbul edilib

12-09-2023

AMEA Rəyasət Heyətinin növbəti iclası keçirilib

15-04-2025

Azərbaycanşünaslıqdan rəqəmsallaşmaya və beynəlxalq əlaqələrə

25-02-2026

AMEA-da elektron elmin inkişafı problemləri: gələcəyə baxış

16-03-2023

Rəqəmsal inkişafın sürətləndirilməsinə dair AMEA-nın vəzifələri müzakirə edilib

13-03-2026

AMEA-da süni intellektlə bağlı müsabiqə keçirilib

18-12-2025

AMEA Rəyasət Heyətində əməkdaşların kompüter avadanlıqları ilə təminatı 100 faizə çatdırılıb

22-04-2014

“Kitabxanada elektron kataloqların yaradılması işi başa çatmaq üzrədir”

14-10-2015

“AMEA-da elektron kitabxana yeni mərhələdə” adlı təqdimat mərasimi keçirilib

26-09-2024

AMEA ilə İqtisadiyyat Nazirliyinin nümayəndələri arasında elektron xidmətlər sahəsində əməkdaşlıq imkanları müzakirə olunub

12-10-2023

Elektron akademiya şöbəsi yaradılıb

29-11-2023





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə