Marsa ərizə qəbuluna başlanır

05-11-2015 / 14:22

NASA Mars planetinə hazırlığı görülən uçuşla əlaqədar ekipaj üzvlüyünə düşmək istəyənlər üçün ərizə qəbuluna başlayacaq.

Xeberler.az bildirir ki, kosmik agentlik artıq Qırmızı planeti görmək istəyənlərin qəbulu ilə bağlı ərizə qəbulunun tarixini də açıqlayıb.

Namizədlərin anketlərinin nəzərdən keçirilməsi 2015-ci il dekabrın 14-dən 2016-cı il fevral ayının ortalarına qədər olan müddətdə olacaq. Seçilmiş namizədlərin adları isə 2017-ci ilin ortalarında elan olunacaq.

Kosmik agentlik gələcək astronavtların qarşısına bir sıra tələblər qoyub: ABŞ vətəndaşlığı, mühəndislik, biologiya, fizika və ya riyaziyyat ixtisasları üzrə akkreditasiyadan keçmiş təhsil ocağında bitirilmiş ali təhsil və ən azı bakalavr dərəcəsi. Bundan əlavə, namizədlər ixtisası üzrə ən azı üç il iş təcrübəsinə və ya reaktiv təyyarənin komandiri kimi ən azı 1000 saat uçuş etdiyini sübut edən sənədlərə malik olmalıdır. Agentliyin məlumatında, həmçinin qeyd olunur ki, namizədlər fiziki və uzun uçuşlara dözümlülük üzrə NASA testlərindən keçməlidir.

 

Xeberler.az


ŞƏRHLƏR






sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.