Previous Next
Bağla

“Yaşıl dünya, süni intellekt və müasir reallıqlar” mövzusunda konfrans keçirilib

23-05-2025 10:27
“Yaşıl dünya, süni intellekt və müasir reallıqlar” mövzusunda konfrans keçirilib

AMEA-nın Mərkəzi Elmi Kitabxanasında Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin, AMEA-nın və ETN İdarəetmə Sistemləri İnstitutunun birgə təşkilatçılığı ilə “Yaşıl dünya, süni intellekt və müasir reallıqlar” mövzusunda elmi-praktiki konfrans keçirilib.

Xeberler.az bildirir ki, konfransda dövlət və hökumət nümayəndələri, Milli Məclisin deputatları, elm və təhsil qurumlarının əməkdaşları, media mənsubları və digər şəxslər iştirak ediblər.

Tədbiri giriş nitqi ilə Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov açaraq Milli Məclisin yaz sessiyasının gündəliyinə uyğun olaraq keçirilən, aktual mövzuya həsr olunmuş konfransın elmi əhəmiyyətini qeyd edib. O, iqlim dəyişiklikləri, ekoloji böhranlar və təbii resursların azalmasını bəşəriyyətin qarşısında duran ən ciddi problemlərdən olduğunu söyləyib. Bildirib ki, atmosferin və ətraf mühitin çirklənməsi, biomüxtəlifliyin azalması, su qıtlığı, iqlim dəyişiklikləri və s. planetimizin tarazlığına birbaşa təsir edən faktorlardır.

Komitə sədri bugünkü tədbirin Beynəlxalq Biomüxtəliflik Günündə keçirilməsinin təsadüfi olmadığını bildirərək, bu əlamətdar günün əsas məqsədinin dünyanın diqqətini təbii və antropogen faktorların təsirinə məruz qalan biomüxtəlifliyin qorunmasına yönəltmək olduğunu vurğulayıb.

Ulu Öndər Heydər Əliyevin təbiətin mühafizəsinə və ekoloji tarazlığın saxlanılmasına xüsusi önəm verdiyini deyən Sadiq Qurbanov qeyd edib ki, Ümummilli Lider biomüxtəlifliyin qorunmasını Azərbaycanın ekoloji siyasətinin mühüm tərkib hissəsi kimi görürdü. Böyük şəxsiyyət təbiətə qarşı edilən hər hansı zərəri yalnız ekoloji fəlakət deyil, həm də milli sərvətə qarşı hörmətsizlik kimi dəyərləndirirdi.

Prezident İlham Əliyevin Bakıda keçirilən COP29 tədbiri çərçivəsində söylədiyi “Qlobal ekoloji problemlər bəşəriyyətin mövcudluğu və gələcəyi üçün ciddi təhdidlər yaratmaqdadır” sözlərini xatırladan Sadiq Qurbanov hazırda ölkəmizdə ekoloji təhlükəsizliyi təmin etmək və təbii sərvətlərdən səmərəli istifadə etmək üçün rəqəmsal texnologiyaların tətbiqinin genişləndirildiyini vurğulayıb. Bildirib ki, xüsusilə Naxçıvan, Qarabağ və Şərqi Zəngəzurun “yaşıl enerji zonaları” elan edilməsi bu istiqamətdə atılmış mühüm addımdır.

“Azərbaycanın yaşıl öhdəlikləri ekoloji dayanıqlığı artırmaq, karbon emissiyalarını azaltmaq və bərpa olunan enerji mənbələrindən istifadəyə keçidi sürətləndirmək məqsədi daşıyır”, - deyə bildirən komitə sədri ölkəmizin bu sahədə bir sıra beynəlxalq və milli təşəbbüslərə qoşulduğunu söyləyib. Vurğulayıb ki, Azərbaycan 2030-cu ilə qədər istilik effekti yaradan qaz emissiyalarını 35 %, 2050-ci ilədək isə 40 % azaltmağı hədəfləyir.

Daha sonra AMEA-nın prezidenti akademik İsa Həbibbəyli çıxış edərək ətraf mühitin qorunması, iqlim dəyişmələrinin qarşısının alınması, təbii fəlakətlərdən müdafiəyə diqqətin artırılması, süni intellekt və rəqəmsal inkişafla bağlı ölkənin çağırışlarına cavab verən əhəmiyyətli müzakirələrin aparılması baxımından bugünkü tədbirin əhəmiyyətini qeyd edib.

“Yaşıl dünya naminə həmrəylik ili”nin ölkəmizdə uğurla davam etdiyini və Azərbaycanın dünyamiqyaslı beynəlxalq COP29 konfransına yüksək səviyyədə ev sahibliyi etdiyini deyən AMEA rəhbəri vurğulayıb ki, COP29 tədbiri sadəcə iqlim dəyişikliyi mövzusunda deyil, həm də ölkənin beynəlxalq səviyyədə öz liderlik qabiliyyətini nümayiş etdirmək yolunda tarixi bir addım oldu. Bu konfrans Azərbaycanın yalnız bir müşahidəçi deyil, qlobal çağırışlara cavab verən bir lider olduğunu bütün dünyaya sübut etdi. COP29 Qarabağın azad edilməsindən sonra Azərbaycanı dünyaya yeni obrazda təqdim etdi.

Akademik İsa Həbibbəyli bildirib ki, Azərbaycan elmi COP29 tədbiri və “Yaşıl dünya naminə həmrəylik ili”ndə yeni ideyalarla, yeni istiqamətlərlə yanaşı, yeni terminologiya ilə zənginləşib. COP29 Azərbaycan elminə ondan əvvəlki dövrlərdə heç zaman səslənməyən “yaşıl enerji”, “yaşıl iqtisadiyyat”, “yaşıl artım”, “yaşıl texnologiyalar” və s. kimi yeni terminlər, yeni anlayışlar gətirib.

O, cari ildə Prezident İlham Əliyev tərəfindən imzalanmış “Azərbaycan Respublikasının 2025–2028-ci illər üçün süni intellekt Strategiyası” və “Azərbaycan Respublikasında Rəqəmsal İnkişaf Konsepsiyası”nın təsdiq edilməsi haqqında sərəncamlarının “Yaşıl dünya naminə həmrəylik ili” strategiyası ilə bir-birini tamamladığını və yeni mərhələni şərtləndirdiyini bildirib.

Çıxışının sonunda akademik İsa Həbibbəyli tədbir zamanı irəli sürüləcək müddəa və təkliflərin, müzakirə obyekti olacaq məsələlərin Milli Məclisdə bu istiqamətdə yeni qanunvericilik layihəsinin hazırlanması prosesinə öz töhfəsini verəcəyinə əminliyini bildirib, konfransın işinə uğurlar arzulayıb.

Tədbirdə AMEA-nın vitse-prezidenti, Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun baş direktoru, akademik İradə Hüseynovanın və İdarəetmə Sistemləri İnstitutunun baş direktoru, akademik Əli Abbasovun mövzu üzrə məruzələri dinlənilib.

Konfransda, həmçinin AMEA-nın akademik-katibi, Fizika İnstitutunun baş direktoru, akademik Arif Həşimov, Azərbaycan Respublikası ekologiya və təbii sərvətlər nazirinin müavini Vüqar Kərimov, millət vəkili Nigar Məmmədova, Azərbaycan Dövlət Pedaqoji Universitetinin elm və innovasiyalar üzrə prorektoru, professor Asəf Zeynalov və Azərbaycan Dövlət İqtisad Universitetinin departament direktoru, professor Zahid Məmmədov çıxış edərək “yaşıl” dünyanın mühafizəsinə, yüksək texnologiyaların tətbiqi ilə bağlı qlobal çağırışların elmi baxımdan müzakirəsinə həsr edilmiş tədbirin önəminə toxunublar. Qeyd olunub ki, müzakirələr elmi-innovativ yanaşmaların, planların və qanunvericilik aktlarının milli strategiyalara uyğun şəkildə formalaşdırılması baxımından mühüm əhəmiyyət daşıyır.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Yaşıl və rəqəmsal transformasiyalara həsr olunmuş konfrans başa çatıb

11-11-2024

“Yaşıl və rəqəmsal transformasiyalar” adlı konfrans keçirilib

09-11-2024

Azərbaycanda 2024-cü il “Yaşıl dünya naminə həmrəylik ili” elan edilib

25-12-2023

DİA-da “ASAN xidmət” mərkəzlərinin əməkdaşları üçün təlim keçirilib

02-12-2024

“COP29 çərçivəsində elmin davamlı inkişafı üçün süni intellekt” adlı tədbir keçirilib

01-11-2024

“İqlim dəyişikliyi ilə mübarizədə süni intellektin rolu” elmi-praktik konfrans keçirilib

08-12-2025

Universitetlər Anlaşma Memorandumu imzaladılar

07-03-2024

“Əqli mülkiyyət və innovasiyalar yaşıl gələcək naminə” adlı dəyirmi masa keçiriləcək

28-10-2024

Beynəlxalq Ana dili Gününə həsr olunan respublika konfransı keçirilir

21-02-2023

“ASAN xidmət” mərkəzlərində alternativ enerjidən istifadə olunacaq

02-11-2024

“İşğaldan azad edilmiş ərazilərdə radiasiya təhlükəsizliyi təmin edilməlidir”

31-10-2022

AMEA-da süni intellekt və rəqəmsal inkişaf istiqamətində gedən proses sürətlə davam edir

22-07-2025

“Yaşıl innovasiyalar və ətraf mühitin qorunması” adlı konfrans keçirilib

26-10-2024

AMEA-da elektron elmin inkişaf istiqamətləri müzakirə olunub

22-07-2025

Akademik İsa Həbibbəyli Sinqapurlu alimlərlə görüşüb

17-02-2025

"Rəqəmsal İnkişaf Konsepsiyası” ilə bağlı AMEA-nın qarşısında duran vəzifələr müzakirə edilib

11-02-2025

COP29 çərçivəsində Yaşıl Zonadakı tədbirlərin açılışı olub

11-11-2024

Akademik: Müasir şəhərsalma rəqəmsallaşma və süni intellektsiz mümkün deyil

15-05-2026

“Suverenlik, süni intellekt və müasir şüur problemi” adlı konfrans keçirilib

18-03-2025

Azercell COP29-un telekommunikasiya tərəfdaşıdır

04-11-2024

"COP29-un dayanıqlı gələcək naminə tərəfdaşlıqları” adlı tədbir keçirilib

11-11-2024

Yaşıl gömrük təşəbbüsü gömrük proseslərinin rəqəmsallaşdırılmasını tələb edir

20-11-2024

Məktəblərdə rəqəmsal bacarıqlarla bağlı qiymətləndirmə aparılacaq

29-10-2024

Akademik: Ölkədə astrofizika sahəsində tədqiqatlarda süni intellektin tətbiqi müasir dövrün tələbidir

28-09-2024





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə