Previous Next
Bağla

AMEA-da süni intellekt və rəqəmsal inkişaf istiqamətində gedən proses sürətlə davam edir

22-07-2025 15:23
AMEA-da süni intellekt və rəqəmsal inkişaf istiqamətində gedən proses sürətlə davam edir

Bu gün süni intellekt, rəqəmsal texnologiyalar cəmiyyətimizin ən müxtəlif sahələrinə sirayət edib və onların tətbiqi günü-gündən genişlənməkdə davam edir.

Xeberler.az bildirir ki, bu sözləri iyulun 22-də “Yeniləşən Akademiyada rəqəmsal inkişaf və süni intellekt strategiyası: problemlər, həllər və vəzifələr” mövzusunda AMEA-nın Rəyasət Heyətinin iclasında AMEA-nın prezidenti akademik İsa Həbibbəyli bildirib.

O, Prezident İlham Əliyevin süni intellekt və rəqəmsal inkişaf məsələlərinə xüsusi önəm verdiyini deyən akademik İsa Həbibbəyli dövlət başçısı tərəfindən bu istiqamətdə ardıcıl olaraq “Azərbaycan Respublikasında Rəqəmsal İnkişaf Konsepsiyası”nın təsdiq edilməsi haqqında Fərman və “Azərbaycan Respublikasının 2025–2028-ci illər üçün süni intellekt Strategiyası”nın təsdiq edilməsi haqqında Sərəncam imzaladığını diqqətə çatdırıb.

Həmçinin ölkə başçısının “Dövlət orqanları (qurumları) arasında sənəd mübadiləsinin elektronlaşdırılması haqqında” Fərmanının dövlətimizin elektronlaşma işinə verdiyi önəmin məntiqi davamı olduğunu söyləyib.

Bundan əlavə qeyd edib ki, iyulun 19-da Xankəndidə Prezident İlham Əliyevin iştirakı ilə keçirilən III Şuşa Qlobal Media Forumunun “Rəqəmsal keçidlər: Süni intellekt dövründə informasiya və media dayanıqlılığının gücləndirilməsi” mövzusuna həsr edilməsi, dövlət başçısının bu istiqamətdə suallara cavab verməsi və bir sıra vəzifələr qoyması gələcək tədqiqatlarımıza yön verəcəkdir.

Prezident İlham Əliyevin çağırışları və tapşırıqlarını, eləcə də dünyada bu sahədə gedən tendensiyaları nəzərə alaraq, Milli Elmlər Akademiyasında da süni intellekt və rəqəmsal inkişafla bağlı mühüm işlərin görüldüyünü deyən akademik İsa Həbibbəyli AMEA-da bu işləri həyata keçirmək üçün “Elektron Akademiya” şöbəsinin yaradıldığını diqqətə çatdırıb. Qeyd edib ki, ötən müddət ərzində AMEA-nın Ümumi yığıncaqlarında, Rəyasət Heyətinin iclaslarında, bir sıra müşavirələrdə akademik İsa Həbibbəyli, akademik Rasim Əliquliyev, akademik Əli Abbasov, AMEA-nın müxbir üzvü Kamil Aydazadə tərəfindən süni intellektlə bağlı məruzələr geniş ictimaiyyətə təqdim olunub, aparılan tədqiqatlar və gələcək gözləntilərlə bağlı məlumat verilib.

AMEA rəhbəri qeyd edib ki, süni intellektin humanitar və ictimai elmlərə tətbiqi başlıca hədəflərdəndir və bu gün süni intellekt şeir, hekayə, ssenari yazır, tədqiqatlar aparır, müxtəlif çətin əməliyyatları icra edir və onun yeniləşən Akademiyada da tətbiqi və inkişaf etdirilməsi olduqca vacibdir. Akademik İsa Həbibbəyli bu il “Elm günü” ilə bağlı AMEA-nın tədbirində akademik Əli Abbasovun İdarəetmə Sistemləri İnstitutunun əməkdaşları tərəfindən süni intellekt vasitəsilə hazırlanmış, Xalq yazıçısı Anarın səsləndirdiyi videonu təqdim etməsinin böyük maraqla qarşılandığını söyləyib.

AMEA-nın elmi müəssisə və təşkilatlarında elektron xidmətlərlə bağlı şöbələrin fəaliyyət göstərdiyini, artıq bu prosesin ikinci mərhələsi olaraq süni intellektlə bağlı şöbələrin yaradıldığını bildirən akademik İsa Həbibbəyli Dilçilik İnstitutunda Süni intellekt və kompüter dilçiliyi, Fəlsəfə İnstitutunda Süni intellekt və rəqəmsal inkişaf, Şərqşünaslıq İnstitutunda Rəqəmsal şərqşünaslıq, Folklor İnstitutunda Rəqəmsal folklor və netnoqrafik analiz kimi şöbələrin fəaliyyət göstərdiyini, digər müəssisələrdə də bu prosesin davam etdiyini vurğulayıb.

Akademiyada elektronlaşma işinin sürətlə davam etdiyini deyən akademik İsa Həbibbəyli  “Elektron Akademiya” şöbəsi tərəfindən AMEA-da işıq üzü görən jurnallardan artıq 21-nin elektron bazasının yaradıldığını, məqalələrə DOİ identifikatorunun verildiyini, Akademiyanın 3 jurnalının TÜBİTAK-ın DərgiPark bazasına daxil edildiyini, həmçinin milli DərgiPark şəbəkəsinin yaradıldığını söyləyib. Bu günlərdə AMEA-da aparılan elektronlaşma işinin məntiqi davamı kimi AMEA-nın Mərkəzi Elmi Kitabxanasında yenilənmiş elektron kitabxananın təqdimatının keçirildiyini bildirən AMEA rəhbəri qeyd edib ki, elektron kataloqa 127 000 yeni resurs əlavə olunub və bununla da elektron kataloqda resursların sayı 827 000-ə çatıb, istifadəçilərin rahatlığı üçün uzaqdan əlçatımlılıq təmin olunub. Bundan əlavə, inklüziv xidmət resursları hazırlanıb, “Danışan kitablar” və s. ilk dəfə Akademiyada oxuculara təqdim edilir. Eyni zamanda kitabxananın girişində quraşdırılmış avtomatlaşdırılmış sistem vasitəsilə oxucuların kataloqlara əlçatımlığı və sürətli kitab sifarişi kimi məsələlər təkmilləşdirilib.

Süni intellekt və rəqəmsal inkişaf istiqamətində AMEA-da gedən prosesin sürətlə davam etdiyini deyən akademik İsa Həbibbəyli elmi müəssisələrin bu prosesə daha aktiv qoşulmasının ümumi işin inkişafına təkan verəcəyini bildirib.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

AMEA-da elektron elmin inkişaf istiqamətləri müzakirə olunub

22-07-2025

AMEA-nın “Elektron Akademiya” şöbəsinin adı dəyişdirilib

11-09-2025

AMEA-nın Rəyasət Heyətinin iclası keçirilib

22-07-2025

“Sosial tədqiqatlar və süni intellekt” jurnalı təsis edilib

26-05-2026

“Elektron Akademiya” şöbəsinin əməkdaşları ilə müşavirə keçirilib

12-02-2025

AMEA Rəyasət Heyətinin növbəti iclası keçirilib

15-04-2025

Akademik İsa Həbibbəyli Sinqapurlu alimlərlə görüşüb

17-02-2025

"Rəqəmsal İnkişaf Konsepsiyası” ilə bağlı AMEA-nın qarşısında duran vəzifələr müzakirə edilib

11-02-2025

AMEA-da “Elektron Akademiya” şöbəsi yaradıldı

19-01-2023

İsa Həbibbəyli “İnnovasiyalar Mərkəzi”nin direktoru ilə görüşüb

26-08-2025

AMEA-da süni intellektlə bağlı müsabiqə keçirilib

18-12-2025

Akademik Çin Elm və Texnologiya Assosiasiyanın direktoru ilə görüşüb

09-12-2025

AMEA-nın Ümumi yığıncağında Elektron xidmətlərə dair təqdim olunacaq çıxışlar müzakirə edilib

14-02-2025

AMEA-da elektron sənəd mübadiləsi sisteminin strukturu və fəaliyyətinin təşkili ilə bağlı qərar qəbul edilib

12-09-2023

Rəqəmsal arxitektura planı və AMEA-nın fəaliyyət istiqamətləri müzakirə olunub

18-02-2026

Elmi tədqiqat müəssisələrində elektron xidmətlər şəbəkəsi yaradıla bilər

04-04-2023

“Suverenlik, süni intellekt və müasir şüur problemi” adlı konfrans keçirilib

18-03-2025

“Dördüncü sənaye inqilabı, süni intellekt və rəqəmsal sosiologiya” mövzusunda elmi konfrans keçirilib

28-03-2023

AMEA-da elektron sənəd dövriyyəsinə keçid prosesi başa çatdırılıb

27-12-2024

MEK-in yenilənmiş elektron kitabxanasının təqdimatı olub

16-07-2025

"AMEA"da süni intellekt məsələlərinə böyük diqqət ayrılır

12-04-2025

“AMEA-da elektron kitabxana yeni mərhələdə” adlı təqdimat mərasimi keçirilib

26-09-2024

Elektron akademiya şöbəsi yaradılıb

29-11-2023

AMEA ilə İqtisadiyyat Nazirliyinin nümayəndələri arasında elektron xidmətlər sahəsində əməkdaşlıq imkanları müzakirə olunub

12-10-2023





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə