Previous Next
Bağla

Akademik: Ölkədə astrofizika sahəsində tədqiqatlarda süni intellektin tətbiqi müasir dövrün tələbidir

28-09-2024 11:22
Akademik: Ölkədə astrofizika sahəsində tədqiqatlarda süni intellektin tətbiqi müasir dövrün tələbidir

Dünyanın inkişaf etmiş ölkələrinin aparıcı elmi mərkəzlərində astrofizikada süni intellekt texnologiyalarının tətbiqi ilə bağlı genişmiqyaslı tədqiqatların aparılmasına böyük önəm verilir. Bu texnologiyaların astrofizikada tətbiqi ilə bağlı çoxsaylı beynəlxalq konfranslar keçirilir, müvafiq istiqamətdə nüfuzlu elmi bazalarda əsərlər mövcuddur.

Xeberler.az məlumat verir ki, bu fikirləri AMEA-nın vitse-prezidenti, Elm və Təhsil Nazirliyi İnformasiya Texnologiyaları İnstitutunun baş direktoru akademik Rasim Əliquliyev söyləyib.

Qeyd edək ki, institutun baş direktoru bu məsələ ilə bağlı Elm və Təhsil Nazirliyi Nəsirəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının 65 illik yubileyinə həsr olunmuş “Canlı kainat - planetlərdən qalaktikalara” adlı II beynəlxalq konfransda da məruzə edib. Alimin fikrincə, bu beynəlxalq konfrans son illərdə ölkəmizdə astronomiya və astrofizika sahəsində əldə olunmuş elmi-nəzəri nəticələrin geniş ictimaiyyətə təqdim olunması baxımından əhəmiyyətli intellektual platformadır.

AMEA-nın vitse-prezidenti Şamaxı Astrofizika Rəsədxanasının Azərbaycanda astronomiya və astrofizika elminin tədqiqi və inkişafı, ümumilikdə isə ölkəmizdə ictimai şüurun tərkib hissəsi kimi astronomiya elminə marağın artırılması, bu sahə üzrə biliklərin cəmiyyətə çatdırılması, kosmosda baş verən yeniliklər barədə əhalinin məlumatlandırılması, o cümlədən fundamental elmlərlə bağlı tədqiqatların aparılması istiqamətində təqdirəlayiq fəaliyyəti ilə seçildiyini vurğulayıb.

Akademik R.Əliquliyev bildirib ki, Azərbaycan elminin beynəlxalq arenada tanınması istiqamətində layiqli xidmətlər göstərmiş rəsədxananın maddi-texniki bazasının formalaşdırılması və yenidən qurulmasına dövlətimiz tərəfindən davamlı olaraq böyük dəstək göstərilib. Akademik bu baxımdan Nəsirəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanası barədə Prezident İlham Əliyevin 2008-ci il 5 sentyabr tarixli Sərəncamının əhəmiyyətini xüsusi qeyd edib.

Alim qlobal çağırışlara müvafiq olaraq ölkə rəhbərliyi tərəfindən qəbul olunan mühüm qərarlardan irəli gələn vəzifələri rəhbər tutaraq humanitar, ictimai və digər elmlərdə süni intellekt texnologiyalarının tətbiqi məsələlərinin müasir dövrdə Azərbaycan elminin əsas prioritetlərindən biri olduğunu diqqətə çatdırıb. O, hazırda astrofizika sahəsi üzrə aparılan fundamental tədqiqatların, eyni zamanda, ölkəmizdə kosmik sənayenin formalaşmasına dəstək göstərdiyini qeyd edib.

Müasir dövrdə astrofizika elminin bir istiqaməti kimi astroinformatikanın, Data analitikanın meydana gəlməsi nəticəsində məlumatların superkompüterlərin köməyilə emal olunması imkanlarının yarandığını deyən AMEA-nın vitse-prezidenti Şamaxı Astrofizika Rəsədxanasında Big Data, maşın təlimi, süni intellekt texnologiyaları, dərin təlim və s. kimi texnologiyaların astronomiyada tətbiqi ilə bağlı tədqiqatlara geniş yer ayrılmasının vacibliyini vurğulayıb. Alim dövlətimiz tərəfindən müvafiq istiqamətlər üzrə fəaliyyət göstərən alimlərin qarşısına qoyulan yeni vəzifələrə adekvat fundamental tədqiqatların aparılmasının önəminə də toxunub.

Astronomik müşahidələr aparmaqla fasiləsiz olaraq toplanan ifrat böyük verilənlərin (Big Data) intellektual emal olunmasının astronomiya elminin inkişafı baxımından geniş imkanlar açdığını deyən akademik Rasim Əliquliyev bildirib ki, astronomik tədqiqatlarla məşğul olan alimlər dövlət siyasətinin bu istiqamətdə prioritetlərindən çıxış edərək, öz araşdırmalarında qabaqcıl intellektual texnologiyalardan istifadə etməyi bacarmalı, daha keyfiyyətli biliklər əldə etməlidirlər.

Akademik R.Əliquliyev əlavə edib ki, hazırda dünyada gedən rəqəmsal və yaşıl transformasiya prosesləri, qlobal iqlim dəyişmələri və bununla bağlı BMT səviyyəsində keçirilən tədbirlər, Azərbaycanda bu istiqamətdə həyata keçirilən dövlət siyasəti, eyni zamanda, bu il ölkəmizdə COP29 kimi mötəbər beynəlxalq tədbirin keçirilməsinin yaratdığı reallıqlar kontekstində qarşıya qoyulmuş strateji vəzifələrin icrasında astronomlar da yaxından iştirak edir, öz töhfələrini verirlər. Bu baxımdan xüsusən astrofizika sahəsində çalışan gənc tədqiqatçıların üzərinə mühüm vəzifələrin düşdüyünü deyən akademik gənclərin astronomiya sahəsində “Data Science” multidisiplinar elmi istiqamətin formalaşmasında yaxından iştirak etmələrinin zəruriliyini önə çəkib. Akademik R.Əliquliyev bu istiqamətdə yüksəkixtisaslı kadrların yetişdirilməsinə böyük ehtiyac duyulduğunu qeyd edərək, gənc tədqiqatçıları ölkəmizdə müasir astronomiya elminin inkişafı naminə daha fəal olmağa, dünyanın aparıcı ali təhsil müəssisələrində astronomiya üzrə təhsil almaq üçün dövlət proqramlarından yararlanmağa çağırıb.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Şagirdlər astronomiya üzrə bilik və bacarıqlarını sınayıblar

16-05-2023

Respublikada olan astronomik cihazlar modernləşdirilir

29-06-2016

V Azərbaycan Astronomiya Olimpiadasının final mərhələsi keçiriləcək

11-03-2025

“Akademik İbrahim İbrahimov Azərbaycanda riyaziyyat elmini dünya səviyyəsinə yüksəldən alimlərimizdəndir”

30-06-2022

Beynəlxalq Astronomiya və Astrofizika Olimpiadasına hazırlıq dərsləri başlayıb

16-04-2025

“Canlı kainat - planetlərdən qalaktikalara” mövzusunda beynəlxalq konfrans başa çatıb

26-09-2024

Yay məktəbinin tələbələri Azərkosmos-da olub

04-06-2015

İnformasiya Texnologiyaları İnstitutunda seminar keçirilib

21-06-2025

Astronomiya Olimpiadasının qalibləri mükafatlandırılıb

05-12-2024

VI Azərbaycan Astronomiya Olimpiadasının finalı keçiriləcək

22-04-2026

İnformasiya Texnologiyaları İnstitutunda müzakirələr aparılıb

10-06-2025

“Azərbaycanda riyaziyyat fənninin tədrisi ilə bağlı ciddi problemlər var”

16-03-2018

V Azərbaycan Astronomiya Olimpiadasının nəticələri açıqlanıb

02-04-2025

Rəqəmsal kriminalistika sahəsində sistemli elmi tədqiqatlara başlanılıb

04-02-2026

İnformasiya Texnologiyaları İnstitutunda elmi konfrans keçirilib

22-12-2023

İnformasiya Texnologiyaları İnstitutu və AzTU birgə qrant layihələrində iştirak edir

04-05-2026

Beşinci Azərbaycan Astronomiya Olimpiadasının seçim turu keçirilib

04-02-2025

Şamaxı Astrofizika Rəsədxanasının saytı yenilənib

17-07-2017

Rəqəmsal dövlətin kibersuverenliyinə dair elmi-tədqiqat müzakirə edilib

20-10-2025

Azərbaycanlı astronom NASA-da elmi-tədqiqat aparır

03-04-2026

Akademik: "MilliNet"lə yanaşı Milli Süni İntellekt Mükafatı da təsis olunmalıdır

19-12-2025

Rasim Əliquliyev: Ölkəmizdə İKT sahəsində insan resurslarının əsasını gənclər təşkil edir

24-10-2018

“Big Data problemi üzrə elmi-tədqiqatlar davam etdiriləcək”

13-01-2016

Yaşıl və rəqəmsal transformasiyalara həsr olunmuş konfrans başa çatıb

11-11-2024





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə