Yeni “Firefox”dan yeni şərtlər

02-04-2012 / 16:33
"Firefox”un növbəti, 13-cü versiyası Windows 2000, Windows XP və Windows XP \Service Pack 1-də işləməyəcək.  Bu barədə şirkətin rəsmi bloqunda məlumat verilir(blog.mozilla.com). 2012-ci ilin iyunun 4-də istifadəyə veriləcək yeni brauzer Windows XP Service Pack 2 ilə və platformanın daha yeni versiyaları ilə  çalışacaq. 
İstehsalçılar "Firefox” un buraxmağı planlaşdırdığı kompyuterlərə tələbləri kəskinləşdirirlər.  “Bu ən yeni mühitin hesabına Firefox məhsuldarlığını əhəmiyyətli dərəcədə yüksəltməyə imkan verəcə” – deyə şirkət bildirib. 
Mozilla Windows XP istifadəçilərinə "Firefox 13”ün istifadəyə veriləcəyi müddətə qədər yenilənmə paketi, “Windows 2000” istifadəçilərinə isə ən yeni əməliyyat sistemi quraşdırmağı məsləhət görür. 
Qeyd edək ki, Azərbaycanda 2001-ci ildə istifadəyə verilən Windows XP əvvəlki kimi bir çox şəxsi kompüterlərində mövcuddur. Ekspertlərin fikrincə, Windows XP 50% bazara sahib olan kifayət qədər məşhur əməliyyat sistemidir. 

ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə