Yenilənmiş “mygov” rəqəmsal hökumət platformasının təqdimatı keçirilir

17-09-2024 / 11:25

Bakıda yenilənmiş “mygov” rəqəmsal hökumət platformasının rəsmi təqdimatı keçirilir.

Xeberler.az məlumat verir ki, tədbirdə rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Samir Məmmədov yenilənmiş “mygov” hökumət platformasını Azərbaycanın rəqəmsal inkişafında mühüm mərhələ kimi qeyd edib.

"Rəqəmsal inkişafımızı istiqamətləndirən strategiyamız 3 əsas vektor üzərində qurulub: rəqəmsal hökumət, rəqəmsal cəmiyyət və rəqəmsal biznes. Məqsədimiz bu strategiyadan yola çıxaraq rəqəmsallaşmanın miqyasını genişləndirməkdir", - deyə S.Məmmədov bildirib.

Nazir müavini vurğulayıb ki, ölkəmizin rəqəmsallaşma prosesinin mərkəzində insan kapitalının gücləndirilməsi dayanır.

"İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin həyata keçirdiyi "Technest Təqaüd" proqramı və Holberton Məktəbi kimi təşəbbüslər ixtisaslı işçi qüvvəsinin yaradılmasında mühüm rol oynayır. “Technest” vasitəsilə 8000-dən çox şəxsə İKT üzrə təqaüdlü təhsil verilib. Biz, həmçinin kibertəhlükəsizlik üzrə peşəkarların yeni nəslini yetişdirmək üçün İsrailin "Technion" Universiteti ilə əməkdaşlıq edərək, Azərbaycan Kibertəhlükəsizlik Mərkəzini yaratdıq. Bu günə qədər 180 nəfər təlimləri bitirib, onların 72 faizi özəl və dövlət sektorunda işlə təmin olunub. Hazırda daha 60 tələbənin iştirak etdiyi dördüncü mərhələ üzrə təlimlər davam edir", - deyə S.Məmmədov bildirib. 


ŞƏRHLƏR


OXŞAR XƏBƏRLƏR







sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə