YouTube yeni funksiya gətirəcək

01-08-2018 / 15:29

YouTube mobil telefonlar üçün yeni funksiya istifadəyə verəcək.

Xeberler.az xarici mediaya istinadən məlumat verir ki, şirkətin bu yeniliyi sayəsində istifadəçilər YouTube-da video seyr edərkən asanlıqla keçmiş və ya növbəti videolara baxa biləcəklər.

Belə ki, əvvəl video seyr edərkən ekrana toxunan zaman görünən irəli və geri simvolların köməkliyi ilə bunu etmək mümkünidisə indi sadəcə olaraq ekranı saga-sola çevirmək kifayət edəcək.

Qeyd edək ki, şirkət bu xüsusiyyətin digərindən daha rahat olduğunu düşünür. Hələlik test mərhələsində olan funksiyanın nə vaxt istifadəyə veriləcəyi açıqlanmayıb.

Xeberler.az


ŞƏRHLƏR






sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.