Google şirkətinə məxsus YouTube servisi 2016-cı ilin sentyabrında inkişaf etməkdə olan ölkələrin istifadəçiləri üçün nəzərdə tutulan və internet trafikinə qənaət məqsədilə kontent yükləməyə imkan verən YouTube Go mobil əlavəsini təqdim edib.
Xeberler.az NRYTN-in elektron xəbər xidmətinə istinadən məlumat verir ki, proqramdan yalnız Hindistan istifadəçiləri yararlana bilsələr də, hazırda Mərkəzi və Cənubi Amerika, Yaxın Şərq, Afrika və Asiyanın 130 ölkəsinin sakinləri onu yükləyərək Android sistemli smartfonlara quraşdırmaq imkanı əldə ediblər.
Məlumata görə, proqramın ümumilikdə adi YouTube əlavəsini xatırlatmasına baxmayaraq onun vasitəsilə istifadəçilər bəyəndikləri videoçarxları yükləyərək onları Bluetooth ilə dostlarla paylaşa bilərlər.
Bundan başqa, video qurğunun yaddaşında saxlanılan zaman istifadəçi internet bağlantısının tipindən və smartfonun boş yaddaş tutumundan asılı olaraq yüksək və ya aşağı keyfiyyəti seçmək imkanına malik olacaq.
Qeyd edək ki, inkişaf etməkdə olan ölkələr üçün müxtəlif əlavələrin xüsusi versiyalarını digər şirkətlər də təqdim edir. Məsələn, 2016-cı ilin oktyabrında Facebook şirkəti eyniadlı messencerin sadələşdirilmiş versiyasını buraxıb, ötən ilin payızında isə istifadəçilər Messenger Lite adlı əlavədən yararlanmağa başlayıblar.
Xeberler.az
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri