İnstaqram itkin düşən uşaqlar üçün yeni funksiya təqdim edib

03-06-2022 / 12:16

Məşhur foto və video paylaşma platformalarından biri olan İnstaqram çərşənbə günü Beynəlxalq Uşaqlar Günü ilə bağlı yeni funksiyanı istifadəyə verib.

Xeberler.az bildirir ki, bu funksiya istifadəçilərə yaşadıqları ərazidə itkin düşən uşaqlar haqqında bildirişlərə baxmaq və paylaşmaq imkanı verəcək. “Amber Alerts” adlı yeni funksiya sayəsində axtarış sahəsinə yaxın olan istifadəçilər üçün İnstaqramda xəbərdarlıq olacaq. Xəbərdarlıq oğurluğun təsviri, yeri kimi bütün məlum məlumatları ehtiva edəcək. Bundan sonra istifadəçilər xəbərləri yaymaq üçün öz hesablarında xəbərdarlıq paylaşa biləcəklər.

Funksiya ilk olaraq ABŞ və 25 başqa ölkədə istifadəyə veriləcək. Şirkət bu xüsusiyyətin gələcəkdə daha çox ölkəyə yayılacağını bildirib. Məlumata əsasən, funksiya yaxın bir neçə həftə ərzində Argentina, Avstraliya, Belçika, Bolqarıstan, Kanada, Ekvador, Yunanıstan, Qvatemala, İrlandiya, Yamayka, Koreya, Litva, Lüksemburq da daxil olmaqla bir çox ölkədə əlçatan olacaq.

Fidan Ali


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə