Previous Next
Bağla

YTP-nin təşkilatçılığı ilə “Bilik laboratoriyası” formatında növbəti onlayn tədbir keçirilib

30-08-2022 16:07
YTP-nin təşkilatçılığı ilə “Bilik laboratoriyası” formatında növbəti onlayn tədbir keçirilib

30 avqust 2022-ci il tarixində Yüksək Texnologiyalar Parkı və Koreya Elm və Texnologiya Siyasəti İnstitutu (STEPI) arasında icra edilən “Azərbaycanda Yüksək Texnologiyalar Parkının istismar proqramı: tətbiq və potensialın artırılması” layihəsi çərçivəsində növbəti onlayn mühazirə dinlənilib.

Xeberler.az bildirir ki, mühazirə Koreyanın Hanbat Milli Universitetinin sənaye-universitet əməkdaşlığı üzrə vitse-prezidenti, professor Young in Çoi tərəfindən təqdim edilib.

Tədbirdə koreyalı professor “İdeya, ehtiyac və bacarıq” (INC) modeli haqqında məlumat verərək, texnologiya-məhsul-bazar əlaqələri, texnologiyaların kommersiyalaşdırılmasının metodologiyası və sahibkarlıq təhsili, eləcə də sahibkarlıqda “ölüm vadisini” keçməyin yollarına dair təcrübələrini bölüşüb.

Mövzularla bağlı praktik təlimlərin koreyalı mütəxəssislərin iştirakı ilə oktyabr ayında Bakıda keçiriləcək seminarda təşkil olunması qərara alınıb.  

Qeyd edək ki, professor Young in Çoi Koreya və ABŞ-da doktorantura təhsili alıb, Şimali Karolina Dövlət Universitetində İnnovasiya İdarəetmə Araşdırmaları Mərkəzində (CIMS) dəvətli alim kimi çalışıb. O, 7 il ərzində 2000 yeni texnologiya əsaslı firmadan (NTBF) ibarət olan DIVA-nın (Daedeok Innopolis Venture Association) direktoru olub və hazırda bir çox vençur şirkətlərinin idarə heyətinin üzvü kimi fəaliyyət göstərir. Professor Çoi, 2017-2018-ci illərdə İnsan Resurslarının İnkişafı Akademiyasının baş direktoru, prezidenti və 2019-2020-ci illərdə Koreya İnnovasiya Klaster Akademiyasının baş direktoru vəzifələrində çalışıb. O, bir çox inkişaf etməkdə olan ölkələrdə innovasiyalar üzrə milli siyasətin formalaşmasında ekspert kimi iştirak edib. Alimin tədqiqat sahələri texnologiyanın kommersiyalaşdırılması, sahibkarlıq təhsili, innovasiya klasteri və texnoparklardır. Young in Çoi innovasiya, texnologiyanın idarə edilməsi və siyasətlə bağlı 100-ə yaxın məqalə və 15 kitabın müəllifidir.

Xatırladırıq ki, 2022-2024-cü illərdə həyata keçiriləcək "Azərbaycanda Yüksək Texnologiyalar Parkının istismar proqramı: tətbiq və potensialın artırılması" layihəsi YTP ilə Koreyanın Elm və Texnologiya Siyasəti İnstitutu tərəfindən yerinə yetirilir. Layihə texnoparkın əməliyyat potensialını və rəqabət qabiliyyətini əsas təlim proqramları vasitəsilə gücləndirməyi, ölkədə innovativ iqtisadi ekosistemin formalaşdırılmasına və inkişafına dəstək verməyi, eləcə də istisamar təcrübəsini artırmağı hədəfləyir.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

YTP və STEPI-nın birgə layihəsi çərçivəsində onlayn mühazirə dinlənilib

29-09-2022

YTP-ın istismar proqramı ilə bağlı forum keçiriləcək

24-10-2022

Bakıda K-İnnovasiya Tərəfdaşlığı Proqramı çərçivəsində forum keçirilir

25-10-2023

Azərbaycan və Cənubi Koreyanın elm-texnologiya mərkəzləri Anlaşma Memorandumu imzalayıb

24-10-2023

YTP-nin istismar proqramı, tətbiq və bacarıqların artırılması layihəsi çərçivəsində Koreyada təlim keçirilib

02-09-2024

"Tətbiq və bacarıqların artırılması” layihəsi üzrə növbəti onlayn tədbir keçirilib

29-04-2022

Yüksək Texnologiyalar Parkının istismar proqramı - seminar

19-03-2024

Koreya Elm və Texnologiya Siyasəti İnstitutunun nümayəndə heyəti BMU-da olub

25-10-2024

Texnologiyaların kommersiyalaşdırılması sahəsində Koreya təcrübəsi öyrənilir

31-05-2023

Azərbaycanın innovasiya ekosistemində yenilik

02-12-2022

"YTP" ilə "DeltaTech" arasında memorandum imzalanıb

28-10-2024

"İstismar proqramı: tətbiq və bacarıqların artırılması” layihəsinə dair ilk onlayn görüş olub

29-03-2022

Koreyalı alim Bilik Fondunun qonağı olub

18-04-2015

“Future Lab” ilə YTP arasında niyyət protokolu imzalanıb

20-02-2025

Azərbaycan Koreyanın CIAT proqramında təmsil olunur

08-08-2019

YTP innovasiya sahəsində Koreya təcrübəsini tətbiq etmək niyyətindədir

24-06-2021

YTP Koreya müəssisələri ilə neft-kimya sahəsində əməkdaşlıq edə bilər

14-02-2023

AMEA YTP İstanbulda yerləşən universitet və texnoparklarla əməkdaşlıq edəcək

30-07-2022

İqtisadi islahatlarda İT-nin rolu müzakirə edilib

16-06-2017

AMEA Yüksək Texnologiyalar Parkına baş direktor təyin edilib

05-02-2021

AMEA YTP fəaliyyətini genişləndirir

02-08-2017

“Ali təhsil müəssisələrinin innovasiya mərkəzinə çevrilməsi” layihəsinin açılışı olub

15-02-2025

İsa Həbibbəyli Asiya Akademiyaları Baş Assambleyasının iclasında iştirak edib

04-11-2024

Azərbaycan və Özbəkistan arasında innovasiya sahəsində əməkdaşlıq müzakirə edilib

04-07-2022





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə