“Yüksək biliyə malik tələbələrə qrantlar ayrılacaq”

16-05-2015 / 12:49

Rabitə və Yüksək Texnologiyalar naziri Əli Abbasov dünən Sumqayıtda vətəndaşları qəbul edib.

Xeberler.az-ın məlumatına görə, Əli Abbasov vətəndaşların suallarını cavablandırarkən bilidrib ki, İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondunun fəaliyyətində qrantların ayrılması da yer alır.

Nazirin sözlərinə görə,  bu gün müasir ölkələrin təcrübəsində də bu var: əgər kim isə ali təhsil müəssisəsinə qəbul olmaq istəyirsə, ilk növbədə qrant üçün müraciət edir, bunu qazanandan sonra isə universitetə qəbul olunur.

Nazir  ölkəmizdə də bu  təcrübədən istifadə ediləcəyini diqqətə çatırıb. Onun sözlərinə görə,  İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondu yaxın vaxtlarda belə bir elan verəcək. Belə ki, güclü biliyə malik tələbələrə müvafiq qarantlar ayrılacaq və o qrant yalnız tələbənin təhsil haqlarını ödəməsi üçün veriləcək:

“ Bu qrantların əsasən dəqiq elmlər, mühəndis ixtisaslarını seçən tələbələrə verilməsi nəzərdə tutulur”.

Nazir "Azərpoçt"a gəlincə, güzəştli qaydada mikrokreditlərin verilməsi ilə bağlı MMC-nin layihəsi reallaşarsa, bu vəsaitlərin ilk növbədə kənd və rayon yerlərində kiçik sahibkarlığın inkişafının dəstəklənməsinə yönəldilməsi nəzərdə tutulduğunu deyib.

Məltəm Talıbzadə 


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə