“Azərpoçt”da əmək haqqları qaldırılacaq

16-05-2015 / 12:21

Rabitə və Yüksək Texnologiyalar naziri Əli Abbasov dünən Sumqayıtda vətəndaşları qəbul edib.

Xeberler.az-ın məlumatına görə, nazir vətəndaşların rabitə sahəsində çalışanların əmək haqqları ilə bağlı suallarını cavablandırıb.

Əli Abbasov deyib ki, ümumiyyətlə, Azərbaycanda rabitə və informasiya texnologiyaları sahəsində çalışan əməkdaşların - mən həm dövlət, həm də özəl müəssisələrdə- orta əmək haqqısı təxminən 700 manata yaxındır: “ Bu, az rəqəm deyil. Müəssisələri özəl və dövlət müəssisələri olmaqla qruplaşdırsaq, özəl müəssisələrdə əmək haqqları  təxminən 1200-1300 manat, dövlət müəssisələrində isə orta əməkhaqqı 400 manata yaxındır. Amma bu gün dövlət müəssisələri arasında aktiv fəaliyyət göstərənlər var. Məsələn, telekommunikasiya müəssisələri olduqca fəaldır”.

Nazir deyib ki, buna baxmayaraq, poçt sahəsi müəyyən qədər geri qalır. Onun sözlərinə görə, son illər "Azərpoçt"da əmək haqqları hər il 10-12 faiz artır, amma bu artımla yenə də təxminən 200 manat ətrafındadır.

Nazir qeyd edib ki, poçt sisteminin modernləşdirilməsi məqsədilə "Azərpoçt"a investisiya qoymağa hazırlaşırlar. O, bu istiqamətdə Dünya Bankı, Mərkəzi Bank ilə aparılan danışıqları da diqqətə çatırıb: “ Proses müsbət yekunlaşarsa, biz poçta böyük investisiyalar cəlb edəcəyik. Bu investisiyaların nəticəsində isə yeni xidmətlərin göstərilməsi nəzərdə tutulur. Bunlar əsasən bank-maliyyə, elektron kommersiya xidmətlərinin genişləndirilməsidir. Bu xidmətlərin göstərilməsi gəlirlərin artmasına imkan verəcək, bunun hesabına isə biz "Azərpoçt"da əmək haqqının qaldırılmasına nail olacağıq”.

Məltəm Talıbzadə


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə