Previous Next
Bağla

Zəlzələlərin arxivi AzScienceNet-in Data Mərkəzində yerləşdirilib

13-02-2016 10:41
Zəlzələlərin arxivi AzScienceNet-in Data Mərkəzində yerləşdirilib

AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin Zəlzələlərin tədqiqatı bürosunda uzun müddət ərzində toplanmış böyük həcmli verilənlərin (Big Data) arxivi AMEA İnformasiya Texnologiyaları İnstitutunun AzScienceNet elm kompüter şəbəkəsinin Data Mərkəzində yerləşdirilib.

Xeberler.az-ın məlumatına görə, bunun üçün Data Mərkəzdə 15 Terabayt yaddaş resursu ayrılıb.

Arxiv 2003-2015-ci illərdə Azərbaycan Respublikasında baş vermiş bütün tektonik hərəkətlərin qeydiyyat məlumatlarından ibarətdir. Buraya zəlzələlərin maqnitudu, dalğa forması, intensivliyi, baş verdiyi məkan və zaman daxildir.

Zaman keçdikcə tədqiqat materiallarının bazasının həcminin artması nəticəsində məlumatların daha etibarlı serverdə saxlanması və verilənlərin sürətli emalı üçün Big Data texnologiyalarından istifadə edilməsi zərurəti meydana çıxır. Bu baxımdan büronun arxivinin Data Mərkəzdə yerləşdirilməsi baş verə biləcək mənfi halların (yaddaş resurslarının çatışmazlığı, məlumat itkisi və s.) qarşısının alınmasında mühüm rol oynayacaq. Həmçinin seysmoloji tədqiqat materiallarının emalı prosesinin sürətləndirilməsini təmin edəcək ki, bununla da tədqiqatların nəticələri daha tez əldə olunacaq.

AzScienceNet şəbəkəsi və Mərkəzin Zəlzələlərin tədqiqatı bürosu arasında əməkdaşlıq əlaqələrinin növbəti illərdə də davam etdirilməsi nəzərdə tutulur.

Məltəm Talıbzadə 

 

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Superkompüter texnologiyaları ilə bağlı elmi seminar keçirilib

16-02-2016

Seysmoakustik siqnallar AzScienceNet-də saxlanılacaq

07-10-2017

Bu instituta AzScienceNet-in virtual maşınlarından istifadə hüququ verildi

24-10-2017

“Böyük Həcmli Verilənlərin Günü 2015” konfransı keçiriləcək

13-05-2015

AzScienceNet-in imkanları genişləndirilir

09-03-2017

10 ali təhsil müəssisə AzScienceNet-ə qoşuldu

02-06-2017

Multimedia Qalereyasının maddi-texniki bazası gücləndirilir

25-02-2016

“Big Data sahəsində kadrlara böyük ehtiyac var”

06-07-2017

AzScienceNet -in 95 faizi fiber-optik kabel əsasında qurulub

09-07-2015

Yaddaş resurslarının optimal paylanması modeli təklif olunub

07-09-2015

AzScienceNet-in maddi-texniki bazası gücləndirilir

20-09-2015

Yeni institut AzScienceNet-ə qoşuldu

08-06-2017

Zəlzələ məlumatları necə emal olunur?

13-03-2024

İnformasiya Texnologiyaları İnstitutunun yubileyi keçiriləcək

23-07-2020

“Big Data problemi üzrə elmi-tədqiqatlar davam etdiriləcək”

13-01-2016

AzScienceNet şəbəkəsinin Əsasnaməsi hazırlanıb

13-07-2020

AMEA korporativ e-poçtda yaranan problemlə bağlı məlumat yayıb

01-06-2020

İT-nin çoxaspektli problemləri araşdırılır

10-02-2017

AMEA Torpaqşünaslıq və Aqrokimya İnstitutunun şəbəkə infrastrukturu yenidən qurulub

25-06-2015

AzScienceNet elektron elmin inkişafında hansı işləri görür?

06-01-2023

İnformasiya Texnologiyaları İnstitutu hosting xidməti göstərir

04-01-2013

Bu instituta virtual maşınlarından istifadə hüququ verildi

08-06-2017

Bakıda Big Data Day keçiriləcək

14-03-2016

AzScienceCert-in fəaliyyəti genişləndirilir

09-02-2016





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə