Dünyanın ən böyük virtual axtarış sistemi olan \"Google\", İranda baş vermiş son hadisələr və senzura səbəbilə öz tərkibində ingiliscə-farsca, farsca-ingiliscə tərcümə imkanı verən sistem hazırlayır.
Şirkət rəsmiləri son günlər İranda baş verən hadisələr və dünya ictimaiyyətinin buna marağını nəzərə alaraq belə bir layihəyə qərar verdiklərini açıqlayıblar. \"Google\" farsca tərcümə sistemini işə salaraq dünyada daha çox insanın İran barədə məlumatları birbaşa mənbəyindən öyrənməsini təmin etməyə çalışır.
Bundan başqa dünyanın ən böyük virtual ictimai şəbəkəsi olan \"Facebook\" da farsdilli istifadəçilərinin dəstəyi ilə bu saytın farsca versiyasını hazırlayır. Hər iki şirkətin məqsədi son günlər İranda yaranmış informasiya blokadasını yarmaqdır.
Qeyd edək ki, seçkilərdə öz namizədliyini irəli sürmüş Mir Hüseyin Musavi, İran gəncliyini hərəkətə gətirmək istiqamətində seçki strategiyasında Facebook-dan mütəmadi istifadə edirdi.Musavinin Facebookda 6 mindən çox dəstəkçisi olan bir səhifəsi var.
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri