Previous Next
Bağla

“Android Erası 2” müsabiqəsinin təqdimat mərasimi keçirilib

26-03-2012 02:38
“Android Erası 2” müsabiqəsinin təqdimat mərasimi keçirilib
Martın 25-də  Azərbaycanda İnformasiya Texnologiyaları sahəsinin ən önəmli layihələrindən biri olan “Hackathon Azerbaijan” çərçivəsində həyata keçirilən “Android Erası 2” müsabiqəsinin təqdimat mərasimi baş tutub.
Təşkilat Komitəsinin üzvü Rəcəb Davudov “Android platformasından gəlir əldə etmək imkanları” mövzusunda təqdimatla çıxış edib.  Daha sonra çıxış edən Ramin Orucov ən çox tələbat duyulan mobil proqramlarla bağlı statistik məlumatları tədbir iştirakçılarının diqqətinə çatdırıb. Ölkəmizdə də mobil biznes sahəsinin inkişaf etdiyini qeyd edib.  R.Orucov buna ən yaxşı nümunə kimi bu yaxınlarda – aprel ayının 6-da mobiz.az saytının təşəbbüsü ilə reallaşacaq «Azərbaycanda mobil biznes imkanları» adlı konfransın olacağını bildirib. 
Layihə rəhbəri Kamran Səmədli isə “Hackathon Azerbaijan”, “Android Erası”, “Baku GDG” barədə ətraflı məlumatlar verib. 
Daha sonra müsabiqənin baş sponsoru olan “Samsung” şirkətinin rəsmi nümayəndəsi Oqtay Məmmədov çıxış edərək, gənclərin bu layihəyə olan böyük marağından məmnunluq duyduqlarını ifadə edib. O,  “Samsung”un gələcəkdə də belə layihələrə yardımçı olacağını və gənclərin maraqlı ideyalarını dəstəkləmək niyyətində olduğunu qeyd deyib. 
Sonda çıxış edən layihə meneceri Rəşad Əliyev və Təşkilat Komitəsinin üzvü Orxan Əhmədov yarışma qaliblərinə təqdim olunacaq hədiyyələrlə yarışmaçıları tanış ediblər. 
Təqdim olunacaq hədiyyələr bunlardır:
I yer – Samsung Galaxy Note,
II yer – Samsung Galaxy Nexus,
III yer- Samsung Galaxy S II,
Bununla yanaşı müsabiqənin baş sponsoru olan “Samsung” şirkəti tərəfindən, əlavə olaraq Eurovision və EuroCUP qaliblərinə Samsung Galaxy Tab 10.1 hədiyyə ediləcək.
Bundan əlavə, R.Əliyev bildirib ki, bu dəfə yarışma iştirakçılarını hədiyyələrlə birgə, maraqlı surprizlər də gözləyir. Belə surprizlərdən biri yarışma müddətində bütün developerlərə tamamilə pulsuz olaraq android market profili təqdim olunması ilə bağlıdır.
Qeyd edək ki, “Android Erası 2” yarışması Samsungun baş sponsorluğu ilə həyata keçirilir. Müsabiqə iştirakçıları yarışma müddətində həm Android proqramlaşdırmaya aid müxtəlif biliklər əldə edəcək, həm bu istiqamətdə yazmış olduqları proqramları, müxtəlif tətbiqləri təqdim edəcək, həm də bir-birindən dəyərli hədiyyələrə sahib olma şansı qazanacaqlar.
Yarışma müddətində 50-dən çox Application (tətbiqi proqram) yazılışı nəzərdə tutulur. Burada məqsəd Azərbaycan dilində olan proqramların sayını artırmaq, bu sahəni ölkədə geniş miqyasda inkişaf etdirməkdir.
Müsabiqənin təşkilati dəstəkçiləri Baku Google Technology User Group və “İlk addımlar” layihəsidir.
Hackathon Azerbaijan sözügedən hadisənin Azərbaycanda təşkil edən bir lahiyədir. Baku Google Technology User Group tərəfindən yaradılan bu lahiyənin əsas məqsədi yerli proqramistlərin və texnologiya həvəskarlarının öz biliklərini yoxlaması, bir-biriləri ilə yarışması, yeni və praktiki biliklər əldə etməsini təmin etməkdir. Ətraflı məlumatı www.hackathonazerbaijan.org saytından əldə edə bilərsiniz.
ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Hackathon Azərbaycan Android Erası-nın qaliblərinin təqdimatı

18-02-2012

Android Erası 2 müsabiqəsinin yekunlarına dair tədbir keçirilib

08-05-2012

Samsung i7500-in adını Samsung Galaxy oldu!

23-05-2009

Win Phone 2 müsabiqəsinə start verildi

21-01-2013

Samsung Android 6.0 üçün könüllü axtarır

23-12-2015

Samsung Galaxy Note 10-un təqdimat tarixi açıqlandı

03-07-2019

«WinPhone 2» müsabiqəsinin final mərasimi keçirilib

15-03-2013

Android 5.1-dən bu telefonlar istifadə edəcək

03-07-2015

Samsung bir ay ərzində 5 milyon Galaxy Note 3 satıb

31-10-2013

Samsung Pay 30 milyon dollar gəlir əldə etdi

26-09-2015

Samsung Google Phone-u yaya söz verir

23-12-2008

Galaxy S6 Plus-un adı dəyişdi

13-06-2015

Nazir müavini: Elmir Vəlizadə: “Yeni həllərin tətbiq edilməsi üçün həm dövlət, həm də özəl sektorda geniş imkanlar var”

13-03-2013

Galaxy Note 9-un təqdimatı ərtələndi

01-06-2018

Samsung Galaxy Tab 5 modelini hazırlayır

29-12-2014

Samsung və Microsoft tərəfdaşlığını genişləndirəcək

09-08-2019

Samsung Galaxy-nin yeni modelləri nümayiş olundu

08-01-2015

“Google” şirkəti “Android 4.4” platformasını təqdim edib

01-11-2013

“Samsung”un “Android” sistemli smartfonlar bazarında payı 63 faizə çatıb

13-11-2013

Samsung Galaxy S6 Active-nin detalları açıqlanıb

16-03-2015

Onlayn media müsabiqəsinin qaliblərini bahalı hədiyyələr gözləyir

15-11-2013

Samsung GALAXY S II-nin satışı 3 milyona çatdı

04-07-2011

“Samsung” smartfonlarında süni intellekt pulsuz olacaq

16-01-2026

Ölkəmizdə Galaxy S və Galaxy S7 Edge-i sifariş etmək mümkündür

04-03-2016





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə