Samsung Galaxy-nin yeni modelləri nümayiş olundu

08-01-2015 / 10:04

CES 2015 çərçivəsində təqdimatlar davam edərkən Samsung şirkəti Hindistanda Galaxy E7 və Galaxy E5 modellərini tanıdıb.

Samsung Galaxy E7 və Galaxy E5 təqdimatı ilə birlikdə Galaxy A5 və Galaxy A3 modellərini də satışa təqdim edib. 

Samsung Galaxy E7 və Galaxy E5-in nə kimi xüsusiyyətləri var?

Galaxy E7

5.5 düyümlük Super AMOLED ekranı ilə phablet kateqoriyasından olan Galaxy E7-nin xüsusiyyətlərinə baxdıqda orta səviyyəli təchizata sahib bir phablet modeli qarşımıza çıxır. Galaxy E7 64 GB-a qədər MicroSD kart dəstəyinə sahibdir. Full HD video çəkilişi edə bilən bu model 13 megapiksel arxa və 5 megapiksel ön kameraya malik olmaqdan əlavə LED flaşa da yer verib. Galaxy E7 Android 4.4.4 KitKat və TouchWiz interfeysi ilə çalışır.

Galaxy E5

5 düyümlük Super AMOLED ekrana yer verilən Galaxy E5-in xüsusiyyətlərinə baxdığımızda Galaxy E7 Mini kimi görünür. 1.5 GB RAM və 16 GB daxili yaddaşı olan Galaxy E5 64 GB MicroSD kart dəstəyinə dəstəyinə sahibdir. Full HD video çəkə bilən 8 megapiksel arxa kamera və 5 megapiksel ön kamerası olan Galaxy E5-də də LED flaşa yer verilib.1.2 Ghz sürətində 4 nüvəli 64 Bit Snapdragon 410 prosessorun olduğu Galaxy E5'te Adroid 4.4.4 KitKat və TouchWiz iştirak edir. Galaxy E7-də olduğu kimi ultra enerjiyə qənaət və çoxlu pəncərə xüsusiyyətləri olan Galaxy E5-də 2400 mAh ölçüsündə batareya var.

Galaxy A3 təxminən 300 dollar, Galaxy E5 təxminən 320 dollar, Galaxy A5 və E7 isə təxminən 360 dollara satışa təqdim ediləcək.

Sevil Rəsulzadə 


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə