Previous Next
Bağla

“Azexport” və “Tradexter Global” arasında memorandum imzalanıb

13-12-2024 15:20
“Azexport” və “Tradexter Global” arasında memorandum imzalanıb

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin operatoru olduğu “Azexport” portalının rəhbəri Ayxan Qədəşovun Türkiyənin İstanbul şəhərinə səfəri çərçivəsində mərkəzi ofisi Türkiyədə yerləşən “Tradexter Global” şirkəti arasında anlaşma memorandumu imzalanıb. Sənədə əsasən, tərəflər Azərbaycanda istehsal olunan malların Türkiyə bazarına çıxarılmasında birgə əməkdaşlıq edəcəklər.

Xeberler.az məlumat verir ki, “Azexport” portalının rəhbəri Ayxan Qədəşov bildirib ki, Türkiyə bazarı Azərbaycan məhsullarının diversifikasiyası üçün ciddi əhəmiyyətə malikdir: “İl ərzində Türkiyəyə 55 milyondan artıq xarici turist səfər edir. Belə böyük ziyarətçi kütləsi olan bazarda daha geniş şəkildə təmsil olunmaq ciddi əhəmiyyət kəsb edir. Bu ziyarətçilər arasında Azərbaycan mallarının potensial müştəriləri olan iri beynəlxalq topdansatış şəbəkələri nümayəndələri, həmçinin yeni məhsul axtarışında olan iş adamları da mövcuddur. Bu baxımdan, Azərbaycan məhsullarının Türkiyədə daha geniş təmsil olunması Türk Dövlətləri arasında ticarət əlaqələrinin daha da artması ilə yanaşı, həm də məhsullarımızın beynəlxalq səviyyədə tanınmasında ciddi əhəmiyyətə malikdir.”

“Tradexter Global” şirkətinin baş icraçı direktoru Güclü İlalmak isə əlavə edib ki, Azərbaycan istehsalı olan məhsullar Türkiyə bazarı üçün maraqlıdır: “Biz eyni tarixi  köklərə, adət-ənənələrə bağlı, eyni coğrafiyadan olan insanlarıq. Bu bizim ağız dadımızın, qida seçimlərimizin bənzərliyi ilə də tamamlanır. Şirkətimiz Azərbaycanda istehsal olunan malların Türkiyə bazarına çıxarılmasında yerli şirkətlərlə yaxından işləyəcək. Bu proses tək fiziki mağazalar yox, həm də e-ticarət şəbəkələri üzərindən də həyata keçiriləcək. Biz artıq Azexport platformasında mövcud Azərbaycan məhsullarının kataloqları ilə tanış olmuşuq.

Hazırda məhsulların seçilməsi və şirkətlərlə görüşlərin keçirilməsi istiqamətində işlər davam etdirilir. Əməkdaşlığımızın uğurlu olacağına inanırıq.”

Qeyd edək ki, Türkiyə bazarında yerləşən e-ticarət platformaları və market şəbəkələrində təmsil olunmaq istəyən sahibkarlar Azexport portalı vasitəsilə müraciət edə bilərlər. Portal tərəfindən göstərilən xidmətlərə görə faiz və ya  komissiya nəzərdə tutulmayıb.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

“Azexport” Azərbaycan məhsullarının Yaponiyaya ixracını genişləndirir

18-03-2026

“Azexport” portalı ABŞ-nin Kaliforniya ştatından sifariş alıb

05-01-2026

"Azexport" "Hannover Impuls"la beynəlxalq ticarət imkanlarını müzakirə edib

10-10-2025

Azexport regional e-ticarət platformasına qoşuldu

01-06-2017

USAID və Azexport əməkdaşlıq edir

08-02-2023

“Azexport” və “Alibaba” tərəfdaşlığı yeni mərhələyə daxil olur

23-04-2025

“Azexport” nar, xurma və sitrus məhsulları Belarusa ixrac edib

21-10-2025

“Azexport”un nümayəndə heyəti Türkiyədə bir sıra görüşlər keçirib

06-10-2025

"Azexport" Azərbaycan məhsullarının ABŞ-a ixracına başlayır

28-12-2022

“Azexport” portalı Latviyanın “STC” şirkəti ilə əməkdaşlığa başlayır

25-09-2024

“Azexport” və “QazTrade” arasında Anlaşma Memorandumu imzalanıb

30-10-2025

Azexport.az Dövlət İdarəçilik Akademiyasında e-ticarət təlimi keçirib

23-02-2019

“Azexport” portalının Pakistan və Türkiyə şirkətləri ilə əməkdaşlığı müzakirə olunub

01-03-2025

“Azərpoçt” və “Azexport" elektron - Anlaşma Memorandumu İmzalayıb

01-06-2021

“Azexport.az” portalı Türkiyənin rəqəmsal ticarət platforması ilə əməkdaşlığa başlayır

19-11-2021

“Azexport” portalının dəstəyi ilə Efiopiyaya məhsul ixrac ediləcək

22-11-2024

Azexport.az Bakutel sərgisində təmsil olunur

03-12-2019

“Azexport” portalı vasitəsilə Yaponiyaya ixrac müzakirə olunub

17-02-2026

Azərbaycan məhsulları ilk dəfə “Alibaba”da ilk üçlükdə yer alıb

26-08-2025

"GS1 Azerbaijan" məlumat bazası "Azexport"a inteqrasiya olunub

16-09-2025

Azexport.az portalının rəqəmsal inzibati binası-Foto

05-01-2023

"Azexport" daha bir məhsula Sərbəst Satış Sertifikatı verib

09-10-2025

“Azexport” Bolqarıstana ixrac üçün sərbəst satış sertifikatı təqdim edib

17-06-2025

Rəqəmsal transformasiya və e-ticarət forumu keçirilib

21-06-2023





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə