Previous Next
Bağla

“Aztelekom” şəhid ailələri və müharibə əlilləri üçün internet xidmətlərini xüsusi güzəştlə təklif edir

20-09-2023 13:03
“Aztelekom” şəhid ailələri və müharibə əlilləri üçün internet xidmətlərini xüsusi güzəştlə təklif edir

“Aztelekom” MMC şəhid ailələri və müharibə əlilləri üçün internet xidmətlərini xüsusi güzəştlə təklif edir.

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyindən Cbildirilib ki, “Aztelekom” MMC Korporativ Sosial Məsuliyyət layihələri çərçivəsində təqdim etdiyi xidmətlər üzrə şəhid ailələri və müharibə əlilləri üçün “Təşəkkür” tarifini təqdim edir.

Şirkət şəhid ailələri və müharibə əlilləri üçün GPON (Gigabit tutumlu Passiv Optik Şəbəkə) texnologiyası tarifləri əsasında internet xidmətləri üzrə 50 faizədək güzəşt təklif edir. Həmin şəxslər üçün 6 fərqli paket üzrə internet qiymətlərində güzəşt təklif olunur.

Birinci paketdə GPON texnologiyası əsasında 21 AZN tariflə təqdim edilən 30 Mbit/s sürətli internet və telefoniya xidməti şəhid ailələri və müharibə əlillərinə güzəştli qiymətlə 13 AZN-ə təklif edilir. GPON texnologiyası əsasında 50 Mbit/s sürətlə təqdim edilən eyni xidmətlər üçün tarif 29 AZN-dən 16 AZN-ə endirilib.

Həmçinin internet, telefoniya ilə yanaşı, Rəqəmsal TV xidməti də daxil olan paketlərə güzəşt tətbiq edilib. Bu 3 xidmətin daxil olduğu və internet sürəti GPON texnologiyası əsasında 30 Mbit/s olan paket sözügedən şəxslərə 27 AZN-ə deyil, güzəştlə 19 AZN-ə təklif edilir.

İnternetin sürəti GPON texnologiyası əsasında 50 Mbit/s olan və qeyd edilən 3 xidmətin birlikdə təqdim olunduğu paket şəhid ailələri və müharibə əlilləri üçün 35 AZN-dən 23 AZN-ə endirilib.

GPON texnologiyası əsasında 24 AZN tariflə təqdim edilən 30 Mbit/s sürətli internet və Rəqəmsal TV xidməti şəhid ailələri və müharibə əlillərinə güzəştli qiymətlə 17 AZN-ə təklif edilir. GPON texnologiyası əsasında 50 Mbit/s sürətlə təqdim edilən eyni xidmətlər üçün tarif 32 AZN-dən 21 AZN-ə endirilib.

Təklifdən I və II Qarabağ müharibəsi və Əfqanıstan müharibəsi əlilləri və şəhid ailələri yararlana biləcəklər. Müvafiq sənədləri təqdim edən mövcud və yeni müştərilər təklifdən faydalanacaqlar.

Yeni tarif paketlərindən yararlanmaq istəyən müştərilər xidmətlərə qoşulmaq üçün aztelekom.az saytına və ya ərazi üzrə xidmət göstərən müvafiq şöbəyə müraciət edə bilərlər.

Ətraflı məlumat üçün “Aztelekom”un “170” Çağrı mərkəzində zənglər qəbul edilir.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Azərbaycanda GPON tarifləri üzrə internetin sürəti artır

30-05-2024

“Aztelekom” MMC GPON texnologiyasının tətbiqi istiqamətində dəyişiklik edib

10-08-2022

"Aztelekom” Oğuzda 2 mindən artıq evi yüksəksürətli internetlə təmin edib

31-03-2023

“Aztelekom” MMC tərəfindən Oğuz rayonunun 97%-i yüksəksürətli internetlə əhatə olunub

20-04-2024

“Aztelekom” MMC Gəncə şəhərinin 90 faizdən çox hissəsini yüksəksürətli internetlə əhatə edib

11-06-2024

Ucar rayonunda təsərrüfatların 66,5%-nin genişzolaqlı internetə çıxışı təmin edilib

23-04-2024

“Aztelekom” Şabran rayonunu yüksəksürətli internetlə təmin edir

03-02-2024

CityNet internet qiymətlərini endirdi

19-03-2018

Qobustan rayonunda təsərrüfatlar internetə çıxış imkanı əldə edib

02-04-2024

“Bakı Telefon Rabitəsi” MMC GPON texnologiyasının tətbiqi istiqamətində dəyişiklik edib

10-08-2022

Yevlax rayonunda təsərrüfatların 71 faiznin genişzolaqlı internetə çıxışı təmin edilib

19-04-2024

Müharibə əlilləri üçün tikilən bina rabitə xidmətləri ilə təmin olundu

24-05-2019

GPON texnologiyası üzərindən göstərilən internet xidməti tarifləri optimallaşdırılır

06-07-2022

Yevlax rayonunu GPON texnologiyası ilə yüksəksürətli internetlə təmin edilir

08-12-2023

Siyəzən rayonunda təsərrüfatların 80 faizinin genişzolaqlı internetə çıxışı təmin edilib

26-06-2024

“Aztelekom” və “Bakı Telefon Rabitəsi”dən yeni rəqəmsal xidmət

16-02-2023

Xızı rayonunda təsərrüfatların 98%-nin genişzolaqlı internetə çıxışı təmin edilib

28-06-2024

Qobustan rayonunda təsərrüfatların 90%-nin genişzolaqlı internetə çıxışı təmin edilib

04-07-2024

814 minədək ev təsərrüfatı fiber-optik internetlə təmin olunub

09-02-2023

“Aztelekom” MMC Quba rayonunda GPON texnologiyasının tətbiqinə başlayıb  

13-09-2022

Zaqatalada 52 faiz genişzolaqlı internetə çıxış imkanı təmin edilib

04-04-2024

“Aztelekom” Qobustan rayonunun 98 faizini yüksəksürətli internetlə əhatə edib

26-09-2024

Şəki rayonunda təsərrüfatların 98 faiznin genişzolaqlı internetə çıxışı təmin edilib

20-05-2024

Şamaxı rayonunda təsərrüfatların 80%-dən çoxunun genişzolaqlı internetə çıxışı təmin edilib

05-07-2024





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə