Previous Next
Bağla

“Düyməni basmaqla sürücülük vəsiqəsini dəyişmək mümkün olacaq”

17-06-2015 13:53
“Düyməni basmaqla sürücülük vəsiqəsini dəyişmək mümkün olacaq”

Cisco çoxmillətli bir şəbəkə texnologiyaları şirkətidir. 1984-ci ildə Stanford Universitetindən Len Bosack və Sandy Lerner tərəfindən qurulub. Şirkətin adı San Francisco şəhərinin son iki hecasından götürülüb.

Cisco-nun çoxsaylı texnoloji məhsulları uzun illərdir ki, dünyanın bir çox ölkələrində istifadə edilir. Azərbaycanda da bu şirkətin avadanlıqları və həlləri müxtəlif sahələrdə tətbiq edilib.

Cisco-nun Azərbaycandakı nümayəndəliyinin rəhbəri Vladimir Orlov Xəbərlər-in suallarını cavablandırıb.

-Cisco şirkəti bir neçə il öncə Azərbaycanda kifayət qədər aktiv idi. Lakin sonra bu aktivliyin müəyyən dərəcədə azalması müşahidə edildi. İndi Cisco yenidən Azərbaycana “qayıdıb”. Bu “qayıdış”ın səbəbləri nədir? Bu, bazarda son illər müşahidə olunan artımla bağlı ola bilərmi?

-Cisco şirkəti Azərbaycanda həmişə aktiv fəaliyyət göstərib, qlobal bazarda müxtəlif layihələrlə çıxış edib. Azərbaycanda Cisco ilə tərəfdaşlıq edən müəyyən şirkətlər var. Son illər Cisco şirkətinin Azərbaycanda əvvəlki illərə nisbətən daha aktiv fəaliyyət strategiyası eyni zamanda ölkənin dünya sistemində atdığı addımlarla əlaqədardır. Azərbaycanın qlobal bazarda aktiv fəaliyyət göstərməsi, uğurlu layihələrlə dünya miqyasında özünü tanıtması şirkətimizin marağına səbəb olub. Onu da qeyd edim ki, Cisco-nun fəaliyyət strategiyasının əsas prinsipi əməkdaşlığı sistemləşdirməkdir. Elə bu nöqteyi-nəzərdən ölkə rəhbərliyi ilə bir sıra görüşlər təşkil etmişik. Çoxsaylı görüşlər də öz növbəsində fəaliyyət aktivliyimizi artırıb, əlaqələrimizi daha da gücləndirib.

-Cisco strategiyasının əsas məqsədi nədir?

-Şirkət olaraq hesab edirik ki, texnologiya sahəsində bu cür addım atmaqla, məsələn, hər hansı bir bankın müştərisini bu maliyyə qurumunun xidmətlərindən istifadəyə sövq etməklə fəaliyyətimizi genişləndirə bilərik. Yəni, məqsədimiz hər hansı bir avadanlıq satmaq yox, şirkətlərə, banklara, təşkilatlara daha çox qazanmaq imkanı yaratmaq, rəqabət bazarında daha güclü olmağa şərait yaratmaqdır.

Problem ondadır ki, müəyyən mənada texnologiyadan az istifadə olunması hər hansı istifadəçinin fəaliyyətini məhdudlaşdırır. Məsələn, siz hansısa bir rayonda yaşayırsınızsa ASAN xidmətindən istifadə etmək üçün rayon mərkəzinə gəlməlisiniz. Halbuki yeni texnoloji vasitələrin köməyilə insan istifadəsi olmadan ASAN xidmətinin göstərilməsi mümkün ola bilər. Artıq yeni yaradılan imkanlar vasitəsilə milli terminal, skaner, printerlə təchiz olunan  “insansız kabinalar” təşkil ediləcək.  Beləcə, insanların köməyilə yerinə yetirilən asan xidmətləri texnoloji vasitələr yerinə yetirəcək. Bu mövzuda danışıqlar gedir.

Bəzi xidmətlər vardır ki, yerinə yetirilərkən insanlar uzun müddət növbə gözləməli olurlar, bəziləri də vardır ki, növbə gözləməyə ehtiyac yoxdur. Yeni yaradılan videoterminal vasitəsilə həmin xidmətləri problemsiz həyata keçirə bilərsiniz. Eyni zamanda, məsələn, aeroportda, dükanlarda və s. kimi ictimai yerlərdə sürücülük vəsiqənizi dəyişmək istəyirsinizsə həmin videoterminallar vasitəsilə əməliyyatı qısa müddət ərzində yerinə yetirə bilərsiniz. Bunun üçün düyməni basmağınız kifayətdir. Xidmət “Virtual ekspert” adlanır. Daha sadə dillə desək, vətəndaş Asan xidmətin bəzi imkanlarından istifadə etmək üçün Video-terminal vasitəsilə həmin anda boş olan operatora qoşulacaq və “kabinada” olan qurğular vasitəsilə ödəməni həyata keçirərək yeni sənədi printerdə çap edib götürə biləcək. Bu yanaşma ilə nəinki vətəndaşlara xidmət daha da rahat olacaq, həm də ASAN xidmət operatorlarının fəaliyyəti optimallaşdırıla biləcəkdir.

-Hazırda Cisco Azərbaycanda hansı layihələri reallaşdırır?

-Cisco şirkətinin əsas məqsədi Azərbaycanın potensialını analiz edərək ölkənin imkanlarını daha qabarıq nümayiş etdirmək, texnologiyalardan daha effektiv istifadə üzrə məsləhətlər verməkdir. Bu istiqamətdə də danışıqlar gedir. Həmçinin onu da qeyd edim ki, Cisco Azərbaycanda “əşyaların İnterneti” istiqaməti üzrə fəaliyyəti də müzakirə edir. Hətta bu mövzuda BakuTel-2014 sərgisində konfrans keçirilib. Yəni, texnoloji avadanlıqların, vasitələrin İnternetə qoşulmasını təmin edərək yeni istifadə perspektivlərini yaratmaq bizim prioritetlərdən biridir. Bu istiqamətdə Azərbaycanın qurumları ilə müzakirələrimiz davam edir.

Eyni zamanda kibertəhlükəsizlik mövzusunda da effektiv işlər görülür. Hesab edirəm ki, bu, çox vacib problemdir.  Cisco Azərbaycanda İT və təhlükəsizlik strategiyasının hazırlanmasında yaxından iştirak etmək istəyir. Bu mövzuda da Rabitə və Yüksək Texnologiyalar Nazirliyi ilə müzakirələr aparılır. 

 Ruhəngiz Muradova

 
ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

“Cisco” Azərbaycanda fəaliyyətini genişləndirəcək

14-11-2008

Azərbaycanın “R.I.S.K.” şirkəti “Cisco”-nun “Advanced Borderless” statusunu alıb

18-03-2013

“Sinam” şirkəti “Cisco Silver Partner” statusu uğrunda sertifikasiyadan keçir

25-11-2009

İT mütəxəssislərin yarışması keçiriləcək

24-11-2015

Qarabağ Universitetində “Cisco” Şəbəkə Akademiyası yaradılır

11-09-2024

Azərbaycan şirkətləri Kiyevdə Cisco Expo-2009 konfransında iştirak edəcək

07-09-2009

Apple və Cisco əməkdaşlıq edəcək

03-09-2015

Kənd məktəblərinin şagirdləri şəbəkə texnologiyaları üzrə təhsil alacaqlar

29-05-2015

Apple Cisco ilə əməkdaşlığa başlayır

01-09-2015

Cisco OpenDNS-i 635 milyon dolllara satın aldı

01-07-2015

«AZEL» şirkəti «Cisco»nun yeni həllərinin təqdimatını keçirib

09-02-2009

Bakıda Cisco-nun forumu öz işinə başladı

26-05-2015

“Bölünmüş şəbəkələrdə Cisco WAAS-ın tətbiqi” mövzusunda vebinar keçirəcək

02-06-2010

Cisco-nun təşkil edəcəyi konfransın proqramı açıqlanıb

13-05-2015

Yerli şirkət “Cisco”nun ən yaxşı premyer-partnyoru seçilib

04-03-2013

4 mindən çox İT mütəxəssisə təlim keçilib

28-07-2015

AzTU-da Cisco akademiyası fəaliyyətə başlayıb-Foto

06-06-2016

“Müasir dünyada bütövlükdə cəmiyyətin təhlükəsizliyi aktualdır”

09-06-2015

Cisco Systems əməkdaşlarını işdən azad edəcək

13-05-2011

RYTN-in Təlim-Tədris Mərkəzi beynəlxalq sertifikat verəcək

17-01-2017

Bakıda ilk dəfə “Verilənlərin Emalı Mərkəzi və təhlükəsizlik” adlı forum keçiriləcək

07-05-2015

Cisco TANDBERG şirkətini almaq üçün rəsmi təklif göndərdi

07-10-2009

Ultra şirkəti Oracle və Cisco-nun yüksək statuslu tərəfdaşı oldu

27-05-2010

Cisco Qarabağda aparılan quruculuq işlərinə maraq göstərir

26-12-2022





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə