Previous Next
Bağla

Ukrayna 6 peyk buraxacaq

23-05-2015 11:56
Ukrayna  6 peyk buraxacaq

Ukraynanın 2022-ci ilədək kosmik fəaliyyət strategiyasında altı peykin buraxılması nəzərdə tutulur.

Xeberler.az RYTN-nin rəsmi saytına istinadən bildirir ki, sənədin təsdiq olunması ilə bağlı əmri Dövlət Kosmik Agentliyinin rəhbəri Oleq Uruskiy imzalayıb.

“Strategiyanın gözlənilən nəticələri “Lıbid” və “Lıbid-2” telekommunikasiya və yayım kosmik aparatlarının, “Siç-2-1”, “Siç-2M”, “Siç-3” Yerin məsafədən zondlama kosmik aparatlarının və “İonosat” elmi-texniki kosmik aparatının buraxılmasıdır”, - sənəddə deyilir.

Strategiyanın vəzifələrindən biri Ukraynanın Avropa Kosmik Agentliyi ilə əməkdaşlığının genişləndirilməsi və üzvlüyüdür. Dövlət ehtiyacları üçün informasiyanın qlobal GPS (ABŞ), GALILEO (Aİ) naviqasiya peyk sistemlərindən istifadə edilməsi planlaşdırılır. Ukrayna həmçinin Avropa İttifaqına məxsus EGNOS yüksək dəqiqlikli diferensial düzəliş sisteminin ölkə ərazisinə əhatəsini genişləndirəcək.

Bundan başqa, strategiyada “Siklon-4” raket kompleksinin kommersiya istifadəsinə başlamaq və onun üçün start meydançalarının coğrafiyasının genişləndirilməsi nəzərdə tutulur. Ukrayna “Morskoy start” və “Nazemnıy start” layihələrinin “Zenit-3SL”, “Zenit-3SLB” və “Zenit-3-SLBF” raketləri ilə bərpa olunacağına ümid edir. Ölkə müəssisələri “Dnepr”, Antares”, “Veqa” beynəlxalq layihələrində, kosmik tematika üzrə “Horizont-2020” Avropa tədqiqat və innovasiyalar proqramında iştirak edəcəklər.

Sənəddə cəmiyyətdə kosmik fəaliyyətin nüfuzunun artırılması vəzifəsi də qarşıya məqsəd kimi qoyulub. Sahədə əməkhaqqının ölkə üzrə orta göstəricini iki dəfə üstələyəcəyi planlaşdırılır.

Xeberler.az 

 

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Avropa Kosmik Agentliyi Yupiter peykinə kosmik aparat buraxacaq

13-04-2015

Azərkosmos Türkiyənin Kosmik Agentliyi ilə Anlaşma Memorandumu imzalayıb 

20-09-2022

"Azərkosmos" və ARCEP Anlaşma Memorandumu imzalayıb

29-01-2026

Azərbaycanda kosmik fəaliyyətin prinsipləri müəyyən olunur

11-05-2023

ABŞ Çin ilə kosmik layihədə iştirak etmək istəyir

01-10-2015

Avropanın iki peyki orbitə çıxarılıb

19-12-2015

Çin elektrik mühərrikli telekommunikasiya peyki buraxacaq

11-06-2015

Texnologiyaları Nazirliyi ilk milli telekommunikasiya peykinin orbitə buraxılması məqsədilə raket daşıyıcıları arasında tender elan edilməsini planlaşdırır.

26-11-2009

Çin orbitə məsafədən zondlama peyki buraxıb

16-03-2026

“Kosmik otel” fəaliyyətə başlayacaq

21-10-2010

Türkiyə Azərbaycan üçün yeni peyklər istehsal edəcək

06-10-2016

Azərkosmos və Braziliyanın Kosmik Agentliyi arasında Anlaşma Memorandumu imzalanıb

22-11-2023

Azərbaycanda kosmik fəaliyyətin subyektləri müəyyən olunur

11-05-2023

Azərbaycanda kosmik fəaliyyətin necə tənzimlənəcəyi məlum olub

11-05-2023

Türkiyənin Kosmik Agentliyinin rəhbəri “Azərkosmos”da olub

18-02-2021

Türkiyə Kosmik Agentliyi Azərbaycanla əməkdaşlıq etmək istəyir

10-08-2019

Ukrayna ordusunda kosmik qüvvələr yaradılır

30-03-2025

“Azərkosmos” sədri: Yaxın zamanlarda kosmik turistlərin də sayı artacaq

19-12-2024

Yerüstü kosmik infrastruktur üçün xüsusi hüquqi rejimli mühafizə zonaları yaradılacaq

11-05-2023

Yaponiya Kanadanın kommersiya peykini buraxacaq

18-09-2015

Avropa İttifaqı Şurasının Prezidenti “Azərkosmos”un Əsas Yerüstü Peyk İdarəetmə Mərkəzində olub

19-07-2021

“Azərkosmos” kosmik təhsil sahəsində yeni əməkdaşlığa imza atıb

25-04-2025

“SpaceX” Avropanın iki naviqasiya peykini orbitə çıxarıb

18-09-2024

Ariane raketdaşıyıcısı orbitə iki telekommunikasiya peyki çıxarıb

11-11-2015





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə