Previous Next
Bağla

Tələbələr arasında İnformatika Olimpiadası başladı

29-04-2017 13:52
Tələbələr arasında İnformatika Olimpiadası başladı

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Heydər Əliyev Fondu, Təhsil Nazirliyi və Azərbaycan Milli Elmlər Akademiyasının İnformasiya Texnologiyaları İnstitutunun birgə təşkilatçılığı ilə “Ali məktəb tələbələri arasında informatika üzrə Ümumrespublika Olimpiadası”nın ilk mərhələsinə start verilib.

Xeberler.az-ın məlumatına görə, bu gün Bakı Mühəndislik Universitetində baş tutan açılış mərasimində nazir müavini Elmir Vəlizadə, Bakı Mühəndislik Universitetinin rektoru  Havar Məmmədov çıxış edərək olimpiadanın əhəmiyətindən danışıblar.

Bildirilib ki, olimpiada artıq 11-ci ildir ki, keçirilməkdədir.

Qeyd edilib ki, “Ali məktəb tələbələri arasında informatika üzrə Ümumrespublika Olimpiadası” 17 May - Dünya Telekommunikasiya və İnformasiya Cəmiyyəti Gününə həsr olunub.

Olimpiadanın məqsədi ali məktəb tələbələrinin informatika, proqramlaşdırma sahəsindəki biliklərinin və bu sahəyə olan marağının artırılması, habelə sahə üzrə seçilən tələbələrin beynəlxalq Olimpiadalara cəlb edilməsidir.

Olimpiada iki mərhələdən ibarətdir. Birinci mərhələdən öncə 1 ay müddətində Olimpiadanın “www.olimpiada.az” saytında respublikanın ali təhsil müəssisələrini təmsil edən komandaların qeydiyyatı həyata keçirilir. Hər bir komanda 1 müəllim (rəhbər qismində) və 3 tələbədən (bakalavr) təşkil olunur. Hər bir ali təhsil müəssisəsi üzrə maksimum 4 komanda Olimpiadanın birinci mərhələsinə buraxılır.

Ötən 10 ildə hər il orta hesabla 10 - 15 ali təhsil müəssisəsindən 40 - 50 komanda (160 - 200 iştirakçı) Olimpiadanın birinci mərhələsinə qoşulub.

Bu il isə respublika üzrə 24 ali təhsil müəssisəsindən 52 komanda www.olimpiada.az saytında qeydiyyatdan keçib və Olimpiadada iştirak hüququ qazanıb.

Paytaxt ilə yanaşı, regionlarda fəaliyyət göstərən ali təhsil müəssisələri, əsasən də, Gəncə, Mingəçevir, Sumqayıt Dövlət Universitetlərinin, Azərbaycan Texnologiya Universitetinin, eləcə də Azərbaycan Dövlət Aqrar Universiteti tələbələri bu il Olimpiadaya xüsusi maraq göstərib.

Bu il Olimpiadaya 208 tələbə qatılıb. Müxtəlif komandaların tərkibində 20-dən artıq xanım iştirakçı təmsil olunur.

Olimpiada beynəlxalq “ACM/ICPC” (Ali məktəb tələbələrindən ibarət komandalar arasında informatika üzrə beynəlxalq olimpiada) və “IOI” (Şagirdlər arasında informatika üzrə beynəlxalq olimpiada) qaydaları üzrə “www.e-olymp.com/az” saytı vasitəsilə keçirilir. Qaydalara əsasən, hər bir təhsil müəssisəsi üzrə ən yaxşı nəticə göstərən yalnız bir komanda Olimpiadanın final mərhələsinə vəsiqə qazanır. Finalda ən yaxşı nəticə göstərən 4 komanda qalib elan ediləcək.

Qaliblər Nar operatoru və BestComp Group şirkətinin təqdim etdiyi qiymətli hədiyyələr, habelə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi tərəfindən Fəxri Fərman və Diplomlarla mükafatlandırılacaq.

Məlumat üçün bildiririk ki, Olimpiadanın növbəti (final) mərhələsi 06 may 2017-ci tarixində Azərbaycan Milli Elmlər Akademiyasının İnformasiya Texnologiyaları İnstitutunda keçiriləcək.

Məltəm Talıbzadə 

 

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Tələbələri arasında İnformatika üzrə olimpiada başladı

30-04-2018

İnformatika üzrə Ümumrespublika Olimpiadası başladı

16-04-2016

İnformatika üzrə Ümumrespublika Olimpiadasına start verildi

29-04-2019

İnformatika Olimpiadasının qalibləri mükafatlandırılıb-Foto

24-05-2017

İnformatika üzrə Ümumrespublika Olimpiadasının final mərhələsi keçirilib

30-04-2016

İnformatika üzrə olimpiadanın final mərhələsi mayda keçiriləcək

20-04-2015

İnformatika üzrə Ümumrespublika Olimpiadasının final mərhələsi keçirilir

02-05-2015

İnformatika Olimpiadasının qalibləri açıqlanıb

10-05-2017

İnformatika üzrə Ümumrespublika Olimpiadası keçiriləcək

27-03-2017

Informatika üzrə Ümumrespublika Olimpiadası keçirilir

16-04-2012

İnformatika üzrə “X Ümumrespublika Olimpiadası”nın qalibləri mükafatlandırıldı

15-05-2015

İnformatika üzrə Ümumrespublika Olimpiadası başa çatır

29-04-2016

İnformatika üzrə X Ümumrespublika Olimpiadasına start verilib

06-04-2015

Bakı Dövlət Universiteti “İnformatika-2009” Olimpiadasında qalib gəldi

18-05-2009

İnformatika üzrə X Ümumrespublika Olimpiadasının finalı olub

04-05-2015

Nar İnformatika Olimpiadasına dəstək olub

25-05-2017

Ümumrespublika olimpiadasının qalibləri məlum oldu

07-05-2019

Nar İnformatika Olimpiadasının qaliblərini mükafatlandırdı

21-05-2018

İnformatika Olimpiadasının final mərhələsi keçirilib

08-05-2017

Nar İnformatika Olimpiadasının qaliblərini mükafatlandırıb

17-05-2018

Ali məktəb tələbələri arasında informatika üzrə XII Ümumrespublika Olimpiadası keçirilib

03-09-2018

İnformatika Olimpiadasının qalibləri açıqlandı

07-05-2018

“Ali məktəb tələbələri arasında İnformatika üzrə IX Ümumrespublika Olimpiadası”nın 1-ci mərhələsi keçirilib

15-04-2014

İnformatika üzrə Ümumrespublika Olimpiadasının qalibləri açıqlandı

03-05-2016





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə