Previous Next
Bağla

“Rəqəmsal bacarıqlar” təmayül siniflərə qeydiyyat davam edir

05-05-2025 17:22
“Rəqəmsal bacarıqlar” təmayül siniflərə qeydiyyat davam edir

Elm və Təhsil Nazirliyinin “Rəqəmsal bacarıqlar” layihəsi çərçivəsində 10-11-ci sinif şagirdlərinə informasiya texnologiyaları sahəsində bilik və bacarıqlar qazandırmaq məqsədilə genişmiqyaslı proqram həyata keçirilir.

Xeberler.az məlumat verir ki, layihə “Alqoritmika” beynəlxalq proqramlaşdırma məktəbi ilə əməkdaşlıq çərçivəsində həyata keçirilir və şagirdlərə müasir texnologiyalar sahəsində ixtisaslaşma imkanı yaradır.

Hazırda proqram 13 region üzrə 40 məktəbdə tətbiq olunur və ümumilikdə 1251 şagird bu imkanlardan faydalanır. 2025-2026-cı tədris ili üzrə 3000 şagirdin qeydiyyatdan keçməsi proqnozlaşdırılır. Qeydiyyat mayın 7-dək davam edəcək.

Layihə çərçivəsində informatika təmayüllü siniflərdə tədris edilən proqramlar şagirdlərin həm nəzəri biliklərini, həm də praktik bacarıqlarını inkişaf etdirməyə yönəlib. Nəticədə şagirdlər real layihələr üzərində çalışır, fərdi portfoliolarını formalaşdırır və texnoloji sahədə ilk addımlarını atırlar.

Proqrama qoşulmaq istəyən 9-cu sinif şagirdləri üçün may ayında onlayn qəbul imtahanı keçiriləcək. İmtahanın vaxtı və digər məlumatlar iştirakçıların elektron poçt ünvanlarına göndəriləcək.

Qeyd edək ki, məktəbdə IT təmayüllü sinfin yaradılması üçün azı 15 şagirdin uğurlu nəticə göstərməsi tələb olunur. Əgər şagirdin məktəbində belə bir sinif yaradılmayıbsa, o, yaşadığı əraziyə yaxın digər məktəbə yerdəyişmə edə bilər.

Qəbul imtahanından uğur qazana bilməyən şagirdlərə isə biraylıq hazırlıq proqramından sonra yenidən iştirak imkanı veriləcək.

 
 
ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

“Rəqəmsal bacarıqlar” layihəsi 500 min şagirdi əhatə edir

25-09-2024

“Rəqəmsal bacarıqlar” layihəsi 510 min şagirdi əhatə edir

29-10-2024

Rəqəmsal bacarıqlar layihəsi çərçivəsində ixtisasartırma təlimi

20-11-2018

Rəqəmsal bacarıqlar üzrə beynəlxalq təhsil proqramına start verilir

04-12-2025

Azərbaycanda “Bebras” Həftəsi keçiriləcək

31-10-2025

“Azercell” Beynəlxalq İnformatika olimpiadasında uğur qazanan şagirdlərə hədiyyələr verib

13-02-2021

“IT SkillSprint”in qeydiyyatına son 3 gün qalıb

18-12-2025

Azərbaycanda 20 min məktəbli kod yazmaq üçün yarışdı

26-12-2022

Məktəblilərimiz beynəlxalq müsabiqədə 6 medal qazanıblar

21-02-2026

"Rəqəmsal bacarıqlar” layihəsinin əhatə dairəsi genişləndiriləcək

23-04-2024

"Azercell"in dəstəklədiyi şagirdlər beynəlxalq bilik yarışmasında uğur qazanıb

23-02-2022

Respublika fənn olimpiadalarının birinci mərhələsinə 27500-dən çox şagird qatılıb

17-01-2016

“Azercell CUP 2026” müsabiqəsinə start verilir

20-05-2026

Rəqəmsal bacarıqlar üzrə qiymətləndirmə 118 mindən çox şagirdi əhatə edib

03-03-2026

Rəqəmsal bacarıqlar pilot layihəsi uğurla davam etdirilir

04-10-2018

Rəqəmsal bacarıqlar üzrə beynəlxalq təhsil proqramına start verilib

16-02-2026

Təmayül məktəblərdə İnformatika tədris olunacaqmı?

04-08-2017

“Məktəblilərarası Milli Hakaton” müsabiqəsinə qeydiyyat davam edir

12-03-2025

Məktəblilərin “Rəqəmsal bacarıqlar” və STEAM layihələrinə marağı artır

03-12-2024

“AZERCELL CUP 2024” müsabiqəsinə start verilir!

15-05-2024

"AZERCELL CUP 2025" müsabiqəsinə qeydiyyat davam edir

25-03-2025

Məktəblilərimiz beynəlxalq Riyaziyyat Olimpiadasında uğur qazanıb

24-07-2017

270 təhsil müəssisəsində “Rəqəmsal bacarıqlar” layihəsi tətbiq olunub

17-06-2025

“BilBacar” müsabiqəsi yenidən başlanır

30-10-2025





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə