Previous Next
Bağla

“Maya Hacıyeva adına İKT bacarıqları” təqaüd proqramı təsis olunub

11-07-2023 14:51
“Maya Hacıyeva adına İKT bacarıqları” təqaüd proqramı təsis olunub

İyulun 7-də Azərbaycan Texniki Universitetində Təhsilin İnkişafı Fondu və “Women in Tech” təşkilatının Azərbaycan nümayəndəliyi arasında Maya Hacıyeva adına “İKT bacarıqları” təqaüd proqramının təsis edilməsi məqsədi ilə Anlaşma Memorandumu imzalanıb.

Memorandumu Təhsilin İnkişafı Fondunun İdarə Heyətinin sədri Elnur Nəsibov və “Women in Tech” təşkilatının Azərbaycandakı nümayəndəliyinin səfiri Leyla Seyidzadə imzalayıblar.

Tədbirdə Elm və Təhsil Nazirliyinin, Nazirlik yanında İctimai Şuranın, Azərbaycan Texniki Universitetinin, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin, Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzinin, Azərbaycan Mətbuat Şurasının, dövlət və özəl qurumların, təlim və tədris müəssisələrinin nümayəndələri iştirak ediblər.

Açılış sözü ilə çıxış edən Azərbaycan Texniki Universitetinin rektoru Vilayət Vəliyev bu təşəbbüsü yüksək qiymətləndirərək bildirib ki, təqaüd proqramının Azərbaycanın ilk riyaziyyatçı qadın alimi, riyaziyyat elminin inkışafında böyük töhfəsi olan Maya xanım Hacıyeva adına olması xüsusi əhəmiyyətə malikdir. Maya Hacıyevanın əslən Şuşalı olması isə, təqaüd proqramını hər birimiz üçün doğmalaşdırır.

Daha sonra çıxış edən Təhsilin İnkişafı Fondunun İdarə Heyətinin sədri Elnur Nəsibov qonaqları salamlayaraq tədbirin başlıca məqsədi haqqında məlumat verib. E.Nəsibov müasir işəgötürənin tələblərinə cavab verən gənclərin yetişdirilməsində, həmçinin önəmli tədqiqat işlərinin aparılmasında sənaye və biznes nümayəndələrinin iştirakının əvəzsiz rol oynadığını bildirib. Qeyd olunub ki, innovativ mühitin yaradılmasını sənayenin iştirakı və tərəfdaşlığı olmadan təsəvvür etmək mümkün deyil. Dəyişən dünyada universitetlərin də dəyişən rolunu nəzərə almağa gərək var. Yekunda E.Nəsibov bütün iştirakçıları AzTU-da əsası qoyulan universitet-sənaye işbirliyi mərkəzindən yararlanmağa dəvət edərək, digər ali təhsil ocaqlarında da bu cür mərkəzlərin yaradılacağına umid etdiyini bildirib.  

Dövlət Məşğulluq Agentliyinin İdarə Heyətinin sədri Mustafa Abbasbəyli formalaşan əmək bazarının açarının hər zaman təhsil olduğunu vurğulayıb. M.Abbasbəyli qeyd edib ki, təhsil dedikdə ənənəvi təhsili deyil, təhsildə yeni metodlar və yanaşmalar nəzərdə tutulur. Müasir dünyada gənclərin inkişafı, fərdi şəkildə əmək bazarına hazırlanması prosesində bu kimi layihələr çox böyük önəm daşıyır.

İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin sədr əvəzi İnarə Vəliyeva vətəndaşlarımızın hazırda dövlət və özəl qurumları tərəfindən yaradılmış imkanlardan faydalana bildiyi üçün çox şanslı olduqlarını vurğulayıb. İ.Vəliyeva Azərbaycanda müxtəlif qurumlar tərəfindən verilən təqaüdlərin yalnız 35%-nin qadınlar tərəfindən əldə edildiyini bildirərək bu tip təqaüd və dəstək proqramlarında qadınların xüsusi ehtiyaclarının nəzərə alınması vacibliyini vurğulayıb.

“Women in Tech” təşkilatının Azərbaycandakı nümayəndəliyinin səfiri Leyla Seyidzadə bildirib ki, təşkilat Azərbaycan daxil olmaqla 50-dən çox ölkədə qadınların İKT sahəsində təşəbbüslərinin reallaşmasına dəstək göstərir, lakin bənzər təqaüd proqramları çox az ölkədə var. Bu cür proqramların olmasının ölkəmizin imici üçün də çox vacib olduğunu qeyd edib.

Yekunda təqdimatla çıxış edən “Women in Tech” təşkilatının Azərbaycandakı nümayəndəliyinin təhsil proqramları üzrə tərəfdaşı Leyla Hacıyeva təqaüd proqramının şərtləri barədə ətraflı məlumat verib. Bildirib ki ki, əsas məqsəd qadınların İnformasiya Texnologiyaları və Yüksək Texnologiyalar üzrə bilik və bacarıqlarının artırılması və cəmiyyətdə müvafiq olaraq öz rollarını tuta bilmələri məqsədilə onlara bu sahədə təqaüdlərin ayrılmasıdır.

Təqaüd fiziki və hüquqi şəxslər tərəfindən sözügedən layihəyə köçürülmüş ianələr, qrantlar və ya digər daxilolmalar hesabına ayrılacaqdır. Proqrama Azərbaycan vətəndaşı olan 15 – 40 yaş aralığında olan qadınlar müraciət edə bilərlər.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

AzTU-da İKT sahəsində ixtisaslaşmış şirkətlərlə görüş keçirib

19-07-2023

“Bakcell”in dəstəyi ilə qadınlar üçün İKT üzrə təlimlər başladı

31-07-2024

AzTU-da universitet-sənaye tərəfdaşlığı çərçivəsində görüş keçirilib

12-06-2024

"NEQSOL Holding" və Təhsilin İnkişafı Fondu tələbə qızlar üçün təqaüd proqramı elan edir

06-10-2023

“Bilişim Vadisi Bakı”ya üzv olan şirkət nümayəndələri ilə görüş keçirilib

15-02-2024

“Təhsildən tərəqqiyə” adlı tədbir keçirilb

17-01-2024

NEQSOL Holding Təhsilin İnkişafı Fondunun əməkdaşlığı ilə “Parla” təqaüd proqramı həyata keçirir

01-03-2024

Azərbaycan Texniki Universitetində əmək yarmarkası keçirilib

20-10-2022

5 tələbə Nar-dan təqaüd alacaq

12-10-2018

Tələbələrə “Technest” təqaüd proqramı barədə məlumat verilib

23-11-2023

İnarə Vəliyeva: Təhsil sahəsində xüsusi proqramları davam etdiririk

13-12-2024

Təhsilin İnkişafı Forumu keçirilib.

03-11-2023

Azercell-in prezidenti qalib tələbələrlə görüşüb

13-01-2016

ABB Qarabağ Universitetinin 50 tələbəsinə təqaüd ayıracaq

03-06-2025

BANM-ın 13 tələbəsi “Elm və texnologiya” təqaüdünə layiq görülüb

17-12-2024

RİNN və ABB birgə yeni layihəyə start verir

04-03-2022

“Qızların STEM-də yüksəlişi” proqramının qalibləri açıqlanıb

20-05-2025

Azercell daha 25 tələbəyə təqaüd verəcək

09-01-2018

AzTU-da yeni tədris mərkəzinin açılışı olub

19-07-2022

“Təhsilə baxış dəyişir” – TİF sədri ilə MÜSAHİBƏ

08-01-2024

AzTU-da Kitabxana İnformasiya Mərkəzinin açılışı olub

12-06-2025

YTP və ölkənin aparıcı universitetləri strateji əməkdaşlığa imza atıb

14-02-2025

Azercell 25 tələbəyə təqaüd ayırdı

22-12-2022

Nar Naxçıvanda təqaüd proqramının qaliblərini təbrik edib

29-10-2019





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə