Previous Next
Bağla

AzTU-da İKT sahəsində ixtisaslaşmış şirkətlərlə görüş keçirib

19-07-2023 14:43
AzTU-da İKT sahəsində ixtisaslaşmış şirkətlərlə görüş keçirib

Təhsilin İnkişafı Fondu (TİF) Azərbaycan Texniki Universitetinin (AzTU) Universitet-Sənaye İşbirliyi və Ömürboyu Təhsil Mərkəzində İKT sahəsində ixtisaslaşmış şirkətlərlə görüş keçirib.

Görüşün məqsədi universitet-sənaye tərəfdaşlığının gücləndirilməsi istiqamətində dialoqun qurulması, həmçinin sənaye nümayəndələrinin TİF və “Women in Tech” təşkilatının Azərbaycan nümayəndəliyinin birgə təşkilatçılığı ilə təsis olunan Maya Hacıyeva adına “İKT bacarıqları” təqaüd proqramı haqqında məlumatlandırılmasıdır.   

İştirakçıları salamlayan AzTU-nun rektoru Vilayət Vəliyev “Universitet-Sənaye işbirliyi və İT” mövzusunda təqdimatla çıxış edib. Rektor bildirib ki, universitet-sənaye işbirliyinin inkişafı sahibkarlıq universiteti modelinin formalaşdırılması üçün imkan yaradır. Bu işbirliyində İT sektorunun inkişafı da mühüm amildir.

Bunun üçün öyrətmə prosesi kamil olmalı, universitet-sənaye işbirliyini dəstəkləyən innovasiya ekosistemi yaradılmalı, mühəndislik istiqamətində həyata keçirilən tədris prosesi proqram təminatı vasitəsilə aparılmalı, İT təşkilat və şirkətləri ilə əməkdaşlıqlar qurulmalıdır.

TİF-in İdarə Heyətinin sədri Elnur Nəsibov qonaqları salamlayaraq fondun fəaliyyət istiqamətləri haqqında məlumatı diqqətə çatdırıb. O, müasir işəgötürənin tələblərinə cavab verən gənclərin yetişdirilməsində, həmçinin önəmli tədqiqat işlərinin aparılmasında sənaye nümayəndələrinin iştirakının vacib rol oynadığını bildirib. Universitet-sənaye işbirliyinin başlıca hədəflərindən biri insan kapitalının inkişafıdır. Bu əməkdaşlıq həm tərəfdaş müəssisələrin mövcud heyətinin, həm də iş həyatında ilk addımlarını atan tələbələrin təlimləndirilməsinə və təcrübə qazanmasına dəstək ola bilər. Ən mühim dəyər isə yaranacaq innovativ ideyaların məhsullara və xidmətlərə çevrilə bilməsidir.

Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsinin rəisi Vüsal Xanlarov beynəlxalq konsaltinq şirkəti olan “Accenture” şirkətinin araşdırmasından maraqlı məlumatı görüş iştirakçıları ilə paylaşıb. Şirkət dünyada qızların İKT sahəsinə marağının az olması səbəblərini araşdırıb. Birinci səbəb İT və STEM sahəsinin kreativliyinin az olması, ikinci səbəb isə İT sahəsində müəllimlərin 70%-nin kişilərdən ibarət olmasıdır. Bu stereotip təhsilalanlara 4-cü sinifdən sonra təsir etməyə başlayır. Vüsal Xanlarov bu məsələnin həllinin İT təhsilinin kütləvi və hər kəsə əlçatan olmasında gördüyünü vurğulayıb.

“Women in Tech” təşkilatının Azərbaycandakı nümayəndəliyinin səfiri Leyla Seyidzadə bildirib ki, təşkilat Azərbaycan daxil olmaqla 50-dən çox ölkədə qadınların İKT sahəsində təşəbbüslərinin reallaşmasına dəstək göstərir, lakin bənzər təqaüd proqramları çox az ölkədə var. Bu cür proqramların olmasının ölkəmizin imici üçün də vacib olduğunu qeyd edib. Leyla Seyidzadə təqaüd proqramının şərtləri barədə ətraflı məlumat verib.

Sanaye və biznes nümayəndələri tədbirdə fəal iştirak ediblər. Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyasının İdarə Heyətinin sədri Elvin Balacanov, Azərbaycan Beynəlxalq Bankının İdarə Heyəti sədrinin müşaviri Zaur Ələkbərov, “Edumedia Azərbaycan” MMC-nin rəhbəri Orxan Abbasov, Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz, “Azerbaijan Global İT Technology” şirkətinin icraçı direktoru Rəşad Əhmədov, “CAE” MMC-in rəhbəri Rahim Xasıyev, “BestComp Group” MMC-nin  insan resursları şöbəsinin rəhbəri Fuad Qənbərov və digər nümayəndələr bir sıra maraqlı suallar və təkliflər səsləndiriblər.

Yekunda TİF sədri Elnur Nəsibov universitet-sənaye işbirliyi çərçivəsində dövlət-özəl təşkilatlar arasında dialoqun və tərəfdaşlığın davamlı şəkildə aparılmasının vacibliyini vurğulayıb və bütün iştirakçılara təşəkkürünü bildirib.  

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

“Maya Hacıyeva adına İKT bacarıqları” təqaüd proqramı təsis olunub

11-07-2023

AzTU-da universitet-sənaye tərəfdaşlığı çərçivəsində görüş keçirilib

12-06-2024

“Bilişim Vadisi Bakı”ya üzv olan şirkət nümayəndələri ilə görüş keçirilib

15-02-2024

"NEQSOL Holding" və Təhsilin İnkişafı Fondu tələbə qızlar üçün təqaüd proqramı elan edir

06-10-2023

Türkiyənin sənaye və texnologiya naziri AzTU-da görülən işlərlə tanış olub

04-04-2023

AzTU-nun Texnologiya Transfer Ofisinin təqdimatı keçirilib

14-03-2024

“Bilişim Vadisi”nin nümayəndə heyəti Təhsilin İnkişafı Fondunun qonağı olub

12-09-2023

AzTU-da “Huawei” şirkətinin “Açıq qapı” günü keçirilib

08-05-2025

AzTU-da “6-cı CODE Beynəlxalq Bakı 2023” mövzusunda konfrans keçirilib

05-05-2023

AzTU-da yeni tədris mərkəzinin açılışı olub

19-07-2022

“Bitget” şirkətinin icraçı direktoru AzTU-da olub

06-05-2025

“Təhsildən tərəqqiyə” adlı tədbir keçirilb

17-01-2024

AzTU-nun təşəbbüsü ilə “ADEX-2024” sərgisində panel müzakirə keçirilib

26-09-2024

Təhsilin İnkişafı Fondu ilk rəsmi sənədini imzaladı

14-07-2022

İstanbul Texniki Universitetinin nümayəndələri AzTU-da olub

08-02-2024

4SİM “Regional Universitet-Sənaye Birliyi Sammiti”ndə təmsil olunub

27-10-2025

AzTU-nun Rəqəmsal Transformasiya Şurasının toplantısı keçirilib

25-12-2024

AzTU ilə “Baykar Texnoloji Azərbaycan” arasında memorandum imzalanıb

11-04-2025

E-Universitet layihəsi tələbələrin işini asanlaşdıracaq

25-12-2014

Şəhərdaxili hərəkət (mobillik) planının icrasına dair hesabat konfrans

22-12-2023

Nokia-nın müasir avadanlıqlarla təchiz etdiyi laboratoriya fəaliyyətə başlayır

14-12-2022

AzTU ilə İRİA arasında əməkdaşlıq genişlənir

26-07-2024

AKTA və Mingəçevir Dövlət Universiteti arasında memorandum imzalanıb

27-10-2025

Təhsilin İnkişafı Forumu keçirilib.

03-11-2023





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə