Nokia şirkəti satışa, xüsusilə məhdud imkanlı insanlar üçün nəzərdə tutulmuş telefonlar çıxarmaq niyyətindədir. Belə ki, şirkət bir tərəfdən sosial funksiya yerinə yetirir, digər tərəfdən isə satış bazarını genişləndirir.
Hindistanda yerləşən tədqiqat mərkəzində Nokia eşitmə və görmə qabiliyyətləri az olan insanlar üçün nəzərdə tutulmuş mobil telefonlar sahəsi ilə məşğul olacaq yeni istiqamət təşkil edib. Şirkətdə qeyd edirlər ki, Nokia bu kateqoriya istifadəçilər üçün telefonları daha rahat etməyə çalışır.
Texniki baxımdan bu cür imkanların reallaşdırılması üçün xüsusi interfeyslər, idarəetmə menyusunda digər bəndlərin olması, mobil telefonların böyük şriftlərlə, eləcədə daha yüksək səsli zənglər və ya səsli komandalarla təchiz olunması vasitəsilə mümkündür. Bundan əlavə Nokia-da bu cür telefonların xüsusi dizayna malik olacağını istisna etmirlər.
Həmçinin Nokia nümayəndələrinin sözlərinə görə, məhdud imkanlı insanlar üçün mobil telefonların yaradılması zamanı şirkət daha bir vacib məsələni həll etməlidir. Söhbət bu telefonların qiymətindən gedir. Həmin istifadəçilər çox hallarda bahalı modelləri əldə etmək üçün böyük maddi imkanlara malik deyillər. Buna görə də bu istifadəçilər üçün nəzərdə tutulmuş telefonlar olduqca əlçatan olmalıdır, Cybersecurity yazır.
xeberler.az/Ellada
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri