“Nokia” və “Samsung” lisenziya sazişinin müddətini uzadıb

05-11-2013 / 16:29
Finlandiyanın “Nokia” şirkəti Cənubi Koreyanın “Samsung Electronics” korporasiyasının onunla əvvəllər patent lisenziyasına dair imzaladığı sazişin müddətinin daha 5 il uzadılmasını elan edib.

Yenilənən və müddəti uzadılmış sazişə əsasən, şirkətlər 1 yanvar 2014-cü ildən yeni şərtlərlə fəaliyyətə başlayacaq. “Nokia” Cənubi Koreya istehsalçısından mobil rabitə texnologiyaları ilə bağlı patentlərindən istifadə üçün əlavə kompensasiyalar alacaq.   
 “Nokia” və “Samsung” şirkətləri sazişin maliyyə və digər şərtlərini açıqlamır.
Xatırladaq ki, “Nokia” smartfon biznesini “Microsoft” korporasiyasına satsa da, şirkət bütün patentləri üzrə hüququ özündə saxlayır. (ictnews.az)

ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə