15 iyun - Milli Qurtuluş günü ərəfəsində Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin Teleradio İstehsalat Birliyində və yerlərdəki filiallarda bir sıra tədbirlər görülüb.
Belə ki, Teleradio İB-nin Bakı Teleqüllə müəssisəsində UHF anten-fider sisteminin rekonstruksiyası ilə əlaqədar olaraq 22, 27, 31 və 44 TV kanallarda istifadə olunan kombayner və 36 panelli, altı mərtəbəli, altı yönlü 35 kVt-lıq UHF antenna-fider sistemi quraşdırılıb. Nəticədə Abşeron yarımadasında, Sumqayıt şəhərində, Bakı ətrafı qəsəbələrdə AzTV, SPACE TV, ANS kanallarının proqramlarının yayım keyfiyyəti bir necə dəfə artıb.
“Respublika” radio proqramının yayım əhatəsini genişləndirmək məqsədi ilə görülən işlər davam etdirilib, Füzuli rayonunda 250 Vt gücündə “RVR Elettronika” tipli TV verici quraşdırılıb və istifadəyə verilib.
Özəl TV proqramların yayım əhatəsinin genişləndirilməsi istiqamətində də işlər davam etdirilir. Bu məqsədlə Şamaxıda XƏZƏR TV proqramını yayımlayan yeni 500 Vt gücündə Vigintos Elektronika tipli verici quraşdırılıb.
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri