Previous Next
Bağla

Respublika ərazisində rəqəmli yayıma keçid davam edir

23-11-2015 10:58
Respublika ərazisində rəqəmli yayıma keçid davam edir

Respublika ərazisində rəqəmli yayıma keçidin tam təmin edilməsi üçün Teleradio İB tərəfindən  tədbirlər davam etdirilir.

Xeberler.az bildirir ki, Birliyin texniki direktoru Mikayıl Abbasovun verdiyi məlumata görə, yaxın günlərdə Şəmkir RTS-də  41 TVK-da quraşdırılacaq az güclü DVB-T verici vasitəsilə şəhərin yuxarı hissəsinın və ətraf kəndlərin əhalisi rəqəmli yayımla təmin ediləcəklər.

“Hazırda Kəpəz Müstəqil Teleradio Şirkəti MMC-nin müraciətinə əsasən Poylu RTYS-də 1000 Vt gücündə Kəpəz FM proqramını yayımlayan vericinin quraşdırılması işləri həyata keçirilir və yaxın günlərdə göstərilən ərazidə radioproqramın yayımına başlanılacaq”.

Mikayıl Abbasov bildirib ki, CBC SPORT proqramının 37 TVK-da yayımlanan sosial paketin tərkibinə daxil edilərək Bakı və Abşeron yarımadasında HD formatda yayımı təmin edilib. Bundan əlavə İdman Azərbaycan TV kanalının yerüstü rəqəmli yayımının yüksək keyfiyyətli HD formatında yayımlanmasına başlanıb. Hazırda sosial paketə daxil olan proqramların daha keyfiyyətli yayımının təmin edilməsi üçün onların Bakı və Abşeron yarımadasında iki paketdə yayımı (37 və 48 TVK) həyata keçirilir.

Birlik direktoru onu da  qeyd edib ki, Azərbaycan Respublikası Prezidentinin dövlət xidmətləri sahəsində ixtisaslaşmış radio yaradılması ilə bağlı tapşırığına əsasən Azərbaycan Respublikası Prezidenti yanında Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin Asan FM ümumrespublika radio proqramının yayımının həyata keçirilməsi üçün edilən müraciətinə əsasən Teleradio İB tərəfindən 5 kVt-lıq FM radiovericinin və anten-fider sisteminin alınması üçün istehsalçı şirkətlərə müraciət olunub və proqramın yayımının təşkil olunması istiqamətində işlər hazırda  davam etdirilir.

Xeberler.az

 

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Teleradio İB yayımın yaxşılaşdırılması istiqamətində tədbirləri davam etdirir

22-12-2009

MTRŞ Azərbaycanda ilk dəfə rəqəmli radio yayımı üçün diapazon ayırdı

13-05-2019

İlin sonunadək Azərbaycanın bir sıra bölgələrində rəqəmli TV yayımı avadanlıqları quraşdırılacaq

13-11-2010

“TRT 1-in yayımı qısa zamanda bərpa olunacaq”

02-11-2016

Teleradio İB yeni vericilər quraşdırıb

17-09-2009

Azərbaycanda yeni tezlik kanalında 11 yerli rəqəmsal radio proqramının test yayımı həyata keçirilir

24-10-2023

Ölkə rəqəmli televiziya yayımına keçid üçün tam hazırdır

16-12-2015

Bəzi ərazilərdə analoq yayımın dayandırılması ləngiyə bilər

04-10-2016

Rəqəmli yayıma keçidlə bağlı yeni dekoderlər sifariş edilib

06-10-2016

6 noyabr – Azərbaycan Televiziyası və Radiosu Günüdür

06-11-2021

Teleradio İstehsalat Birliyi yeni tədbirlər həyata keçirib

09-06-2009

6 noyabr – Azərbaycan Televiziyası və Radiosu Günüdür

06-11-2020

Azərbaycanda ilk rəqəmli radio fəaliyyətə başlayıb

23-04-2012

Rəqəmli yayıma keçid bu il başa çatdırılacaq

15-08-2015

Teleradio İB yayım keyfiyyətinin yüksəldilməsi üçün tədbirlər görülür

23-06-2009

Bakıda yeni alternativ teleqüllə istifadəyə verilib

10-10-2018

Azərbaycanda radio və televiziya işçilərinin peşə bayramıdır

06-11-2016

Yayımçıların rəqəmli yayım üçün ödəyəcəyi məbləğ baha olmayacaq

07-10-2016

Azərbaycanda analoq yayım dayandırılır- Qərar

27-09-2016

Azərbaycanda TRT-1-in yerüstü yayımı dayandırılıb

10-01-2022

Mərkəzi Aran və ətraf ərazidə rəqəmsal radio yayımının tətbiqinə başlanılıb

12-03-2025

Azərbaycanda analoq yayım dayandırıldı-Rəsmi

20-12-2016

Bakı və Abşeronda DAB+ rəqəmli radioyayımının vəziyyəti araşdırılacaq

17-06-2020

Bakı və Abşeronda DAB+ rəqəmli radioyayımının vəziyyəti araşdırılacaq

17-06-2020





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə