Media İnkişaf Mərkəzi KİV-in monitorinqinə başlayıb

11-06-2009 / 09:35

Media İnkişaf Mərkəzi İctimai Birliyi yeni layihənin icrasına başlayıb. Birlikdən verilən məlumata görə, Azərbaycan Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının sifarişi ilə icra olunan “Azərbaycanda üçüncü sektorun inkişafına media dəstəyi” layihəsi çərçivəsində KİV-də QHT fəaliyyətinin işıqlandırılması məsələsi təşkilat tərəfindən monitorinq edilir.

Monitorinq zamanı gündəlik qəzetlərdə, telekanallarda və internet saytlarında QHT fəaliyyətinə, QHT-lərə Dövlət Dəstəyi Şurasının işinə, Şuranın milli donor kimi maliyyələşdirdiyi layihələrin həyata keçirilməsinə, ümumiyyətlə, ictimai sektora aid məlumat və materialların yayımı izlənəcək. Nəticələr əsasında “QHT fəaliyyətini ən yaxşı işıqlandıran KİV” nominasiyası üzrə qaliblər müəyyən ediləcək və onlara pul mükafatları veriləcək. Qiymətləndirmə aşağıdakı meyarlar üzrə aparılacaq:

- müntəzəmlik
- ictimai aktuallıq və səmərəlilik
- əhatəlilik
- obyektivlik
- operativlik

Monitorinqin nəticələri 2009-cu ilin dekabr ayında elan olunacaq. Mükafat fondu 3000 manatdır.

Məlumat və materialları hazırlayan, yayan qəzetlər, televiziyalar və saytlar üzrə ayrı-ayrılıqda ilk üç yerin sahibləri aşağıdakı qaydada mükafatlandırılacaq:

1-ci yer: 400 manat
2-ci yer: 300 manat
3-cü yer: 250 manat

Monitorinqə cəlb edilmiş başqa KİV və jurnalistlərə isə həvəsləndirici mükafatlar veriləcək.


ŞƏRHLƏR


OXŞAR XƏBƏRLƏR







sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə