Bu gün Səbayel Rayon Məhkəməsində gənc fəallar, bloggerlər Adnan Hacızadə və Emin Millinin işi üzrə məhkəmə iclası keçiriləcək. Vəkil İsaxan Aşurov qəzetimizə açıqlamasında prosesin saat 15:00-da başlayacağını bildirdi. Vəkilin sözlərinə görə, müdafiə etdiyi Adnan Hacızadə ilə Bakı istintaq təcridxanasında görüşüb.Müdafiə etdiyi şəxs saxlanma şəraitindən və onunla rəftardan şikayətlənməyib.
Eyni zamanda vəkil sentyabrın 4-də keçirilən və bir sıra prinsipial vəsatətlərin təmin edilmədiyi hazırlıq iclasının gedişindən narazılığını bildirib. Deyib ki,«Lebanez» restoranında hər şeyin necə baş verdiyini aydın göstərən videoçəkilişin istintaq materiallarına əlavə edilməsi ilə bağlı vəsatətin təmin olunmaması da qanunsuzluqdur. Bundan əlavə, məhkəmə münaqişə iştirakçılarının davadan əvvəl və sonrakı telefon danışıqlarının əldə edilməsi məqsədilə «Azercell» mobil operatoruna sorğu göndərilməsi ilə bağlı vəsatəti də qəbul etməyib.
Emin Milli və Adnan Hacızadəni üç nəfəri döyməkdə ittiham edirlər, onlar CM-in 127-ci maddəsi (az ağır bədən xəsarəti yetirmə) ilə 5 il həbs cəzasına məhkum edilə bilər. Hadisə iyulun 8-də «Lebanez» restoranında baş verib, əslində isə Emin Milli ilə Adnan Hacızadənin özləri öyrədilmiş adamların hücumuna məruz qalıblar. Olayla bağlı polisə şikayətdən sonra gənclər davanın səbəbkarı kimi həbs ediliblər. Gənc fəallar isə bu ittihamları qəbul etmirlər və həbslərinin sifarişli olduğunu deyirlər.
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri