Bloqqerlərin məhkəməsində şahidlər dindirildi

16-09-2009 / 19:01

Sentyabrın 16-da Səbail rayon məhkəməsində gənc bloqqerlər Emin Milli və Adnan Hacızadənin məhkəmə prosesi davam edib. Gənc fəalları məhkəməyə gətiriblər.
Prokuror Ceyhun Kərimov ittiham aktını oxuyub. Prokuror bildirib ki, iyulun 8-də Emin Abdullayev (Milli) və Adnan Hacızadə Bakının mərkəzində «Livan» restoranın bir neçə şəxslə dava ediblər. Dava nəticəsində Vüsal Məmmədov və Babək Hüseynov adlı şəxslər döyülüb.
Daha sonra zərərçəkənlər kimi təqdim olunan Babək Hüseynov və Vüsal Məmmədov ifadə veriblər.

Məhkəmə prosesi sentyabrın 18-də davam etdiriləcək.

Adnan Hacızadə və Emin Milli bu il iyulun 8-də «Livan» restoranında baş verən münaqişədən sonra həbs ediliblər. Onlar xuliqanlıqda və qəsdən sağlamlığa az ağır zərər vurmada ittiham olunurlar.Gənc fəallar ittihamları qəbul etmirlər və həbslərinin sifarişli olduğunu deyirlər. // Azadlıq radiosu


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə