ABŞ dövlət katibi Hillari Klinton Azərbaycan XİN rəhbəri Elmar Məmmədyarovun qarşısında bloggerlər Adnan Hacızadə və Emin Millinin azad edilməsi məsələsini qaldırıb. Bu barədə Turanın Vaşinqton müxbirinə dövlət katibinin Avrasiya məsələləri üzrə köməkçisi Filipp Qordon bildirib.
Görüş Nyu-Yorkda Məmmədyarovun ABŞ-a BMT-nin baş assambleyasında iştirak məqsədilə səfəri çərçivəsində keçirilib.
“Dövlət katibi Klinton Məmmədyarovun qarşısında Azərbaycanda insan hüquqları və demokratiya məsələlərini, o cümlədən döyülmüş və həbs edilmiş bloggerlərin işi ilə bağlı məsələni qaldırıb”, deyə Qordon bildirib.
“Xanım Klinton bizim bu işə, prosesin açıq və ədalətli olmasına marağımızı vurğulayıb”, deyə Qordon qeyd edib.
Toxunulan məsələlər arasında Qarabağ nizamlanması məsələsi də olub. Klinton sülh prosesinə ciddi dəstək ifadə edib. Görüşdə yeni amerikalı həmsədr Bradtke də iştirak edib.
Ermənistan-Türkiyə münasibətlərinin normallaşması prosesinə toxunan Qordon qeyd edib ki, bu mövzu Klintonun Ermənistan və Türkiyə XİN rəhbərləri Nalbandyan və Davudoğlu ilə görüşü zamanı diqqət mərkəzində olub. Qordonun sözlərinə görə, ABŞ bu prosesin ilkin şərtlərsiz və səmərəli vaxt çərçivəsində həyata keçirilməli olduğuna əsaslanır.
“2008-ci ilin avqustunda Gürcüstanda müharibə zamanı Ermənistanın daha çox təcrid edilə biləcəyini gördük. Buna görə, Türkiyə ilə normal münasibətlər iki ölkə xalqlarının həyatının yaxşılaşması üçün tarixi imkan ola bilər”, deyə Qordon bildirib.
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri