Azərbaycan mətbuat azadlığına görə 175 ölkə arasında 146-cı yerdədir

20-10-2009 / 19:40

Bu gün (20 oktyabr) beynəlxalq “Sərhədsiz Reportyorlar” təşkilatı VIII illik “Dünya mətbuat azadlığı indeksi -2009” adlı hesabatını açıqlayıb.

 

Xeberler.az bildirir ki, hesabatda Azərbaycan mətbuat azadlığına görə Ermənistandan da, Gürcüstandan da geridədir. Belə ki Azərbaycan 175 ölkə arasında 146-cı, Ermənistan – 111, Gürcüstan 81-ci yerdədir.

“Mətbuat azadlığı indeksinə” görə birinci yerdə Danimarka, daha sonra Finlandiya, İrlandiya, Norveç gəlir.

Mətbuat azadlığı ən pis vəziyyətdə olan ölkələr isə Eritreya, Şimali Koreya, Türkmənistan və İrandır.

 

Xeberler.az


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə