San-Fransiskoda cib telefonları ilə bağlı sərt qanun qəbul edilir

06-01-2010 / 18:21

ABŞ tarixində San-Fransisko şəhəri çox ilklərə imza atıb. Məsələn, plastik paketləri və körpə məhsullarındakı kanserojen Ftalat maddəsini ilk dəfə qadağan edən şəhər San –Fransisko olmuşdur. İndi də qubernator maraqlı, sağlam və düşüncəli qanun qəbul edib. Cib telefonları mövzusunda yeni layihə qəbul edilib.

Qubernator Gavin Newsom bundan sonra satılan hər cib telefonunun üzərində yaydığı radiasiya nisbətinin yazıldığı bir etiket vurulmalı olduğunu istəyir. Bu haqda qanun qəbul edilsə, siqaret paketlərinin üzərində olan xəbərdarlıqların oxşarını da cib telefonlarında görmək mümkün olacaq. Newsom-un bu qərarı ətraf mühiti sevərlər tərəfindən çox gözəl qarşılanıb.Lakin bu qərarı tənqid edənlər də var.

Onlar qeyd edirlər ki, qubernator hər mövzuya qarışır. Məsələnin maraqlı tərəfi budur ki, cib telefonlarının yaydıqları radiasiya nisbətinin insan sağlamlığına zərərli olduğuna dair rəsmi bilgi hələki yoxdur.


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə