Amerikada yeni bir müsəlman müzakirəsi başlayıb. Amerikan Kosmos Agentliyi NASA (National Aeronautics and Space Administration) ilə Ağ Ev Mətbuat Katibi Robert Gibbsin söylədikləri bir-birini tamamlamır.
ABŞ mətbuatı yazır ki, NASA nümayəndəsi Charles Boldan ona verilən vəzifələr içərisində ən əhəmiyyətlisinin müsəlman ölkələrlə əlaqə qurmaq olduğunu söyləyir. Gibbs isə bu məsələnin NASA-ın fəaliyyəti çərçivəsində olmadığını deyir.
Boldan birbaşa Prezident Obamadan tapşırıq aldığını qeyd edir. Onun sözlərinə görə, Prezident NASA-nın dünyanın ən yaxşı elm adamlarını tapmasını, Rusiya və Yaponiya kimi ölkələrlə ortaqlıq qurmasını, İsrail və müsəlman ölkələri ilə iş sahəsində əməkdaşlıq edilməsini istəyir.
İndi NASA-nın ən önəmli vəzifəsinin kosmos araşdırmaları olduğu deyilir. Amma, bununla belə, müsəlman ölkələrlə əməkdaşlıq məsələsindəki açıqlamaların müzakirəsi də davam edir.
V.ELMAR
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri